Azərbaycanın alimi vəfat edibGörkəmli geomorfoloq alim, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Hüseyn Ağamalı oğlu Xəlilov vəfat edib.

Turaztv.az xəbər verir ki, bu barədə “report”a AMEA-dan bildirilib.

H.A.Xəlilov 1942-ci il oktyabrın 27-də Fizuli rayonunun Hünküklü kəndində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib, təyinatla Qazaxıstana göndərilib.

Şimali-Qazaxıstan geofiziki ekspedisiyasında baş texnik-geoloq vəzifəsində işləyib və oradan da hərbi xidmətə çağırılıb.

1968-1969-cu illərdə Azərbaycanda Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb. 1969-cu ildən başlayaraq Azərbaycan EA Coğrafiya İnstitutunun geomorfologiya şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifələrində, 1991-1994-cü illərdə Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası bölməsində işləyıb, 1994-ildən geomorfologiya şöbəsində tətbiqi geomorfologiya qrupuna rəhbərlik edib.

1997–2004-cü illərdə «Azərbaycan Ensiklopediyası» NPB-də əvəzçiliklə “Coğrafiya qrupunun” rəhbəri, 2004–2009-cu illərdə isə AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Coğrafiya, geologiya, geofizika, ətraf mühit və ekologiya” redaksiyasının müdiri vəzifəsində çalışıb. 2015-ci ildən ömrünün sonunadək “Geomorfologiya və təbii risklər” şöbəsinin müdiri olub.

H. Xəlilov 1980-ci ildə “Kiçik Qafqazın şimal-qərb hissəsinin morfostruktur təhlili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Kiçik Qafqazın şərq hissəsi timsalında morfostruktur və paleogeomorfoloji təhlil və relyefin öyrənilməsinin axtarış əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

O, “Qafqazın regional geomorfologiyası”, “Azərbaycanın relyefi”, “Azərbaycan Respublikasının konstruktiv coğrafiyası” üçcildliyi, “Azərbaycanın paleogeomorfologiyası” monoqrafiyalarının, «İzahlı geomorfoloji lüğət” və “Azərbaycanın təbii ehtiyatları” atlasının, Dövlət mükafatına layiq görülmüş “Azərbaycan Respublikasının Coğrafiyası” monoqrafiyasının 1-ci və 3-cü cildlərinin, “Naxçıvan Muxtar Respublikasının Coğrafiyası” monoqrafiyalarının icraçı müəlliflərindən biri, “Kiçik Qafqazın morfostrukturları” monoqrafiyasının və 200-ədək elmi məqalə və tezislərin müəllifidir.

H.Xəlilov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universitetində və 1981-ci ildən BDU-nun Coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasında xüsusi fənlər üzrə magistraturada dərs aparıb. Coğrafiya İnstitutunun Elmi Şurası və Dissertasiya Şurasının üzvü və həmin Şuranın ixtisaslaşdırılmış Elmi Seminarının rəhbəri, son illərdə həm də Ali Attestasiya Komissiyasının “Yer elmləri” bölməsinin eksperti idi. "Kemerovo Dövlət Universitetinin Xəbərləri" və Azərbaycan Coğrafiya Cəmiyyətinin "Coğrafiya və təbii resurslar" jurnalının redaksiya heyətinin üzvü idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31