Taksilərdə qiymət artımı MANİPULYASIYASI... - Möhtəkirlik...


Bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması səbəbindən vətəndaşların taksi xidmətinə tələbatı xeyli artıb. Xüsusən də işləyən insanlar hər gün taksidən istifadə etmək məcburiyyətində olduqlarını deyirlər. Onlar gündəlik gəlirlərinin 30-40 faizini, bəzən yarısını taksiyə verdiklərini bildirirlər.

Tələbatın artması ilə əlaqədar bəzi taksi şirkətlərinin xidmətlərində müəyyən bahalaşma müşahidə edilir. Jurnalist Aqil Ələsgər əvvəl Kukla Teatrının önündən 3,45 manata getdiyi ünvana iki gün öncə 5,87 manat ödədiyini, digər jurnalist – Gülnaz Qənbərli isə hər dəfə 3,40 manata getdiyi yola indi 7 manat ödədiyini söyləyir.

Lakin bəzi taksi sürücüləri qiymət artımı olmadığını, hətta sərnişin üzünə həsrət qaldıqlarını deyirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova qiymət artımı ilə bağlı Çağrı mərkəzinə şikayət daxil olmadığını vurğuladı:

“Dövlət Avtomobil Nəqliyyatı Xidməti qanunvericiliyə uyğun olaraq bu işlə məşğul olan taksi sürücülərinə tabeli qurumları vasitəsilə bayram ərəfəsində məlumat verərək bildirib ki, sərnişinin ödəmə qabiliyyəti nəzərə alınaraq qiymətlər tətbiq olunsun, süni qiymət artımına yol verilməsin”.

Allahverdiyeva taksilərdə vahid tarif tətbiq olunmadığını xatırlatdı. Bu səbəblə qiyməti artıran sürücülər qanunu pozmuş hesab edilmir.

Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə “Press Klub”a açıqlamasında qiymət artımının Aİ-92 markalı benzin və dizelin qiymətindəki artımdan sonra baş verdiyi diqqətə çatdırdı:

“Həftə sonları və bayram günləri ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması, eləcə də metronun işləməməsi nəticəsində taksiyə tələbat artır. Belə olan halda taksi sürücülərinin əksəriyyəti olmasa da, bir qismi bundan süi-istifadə edə bilir və edirlər də”.

Ekspert problemin səbəbini nəzarət mexanizminin olmamasında görür:

“Taksi xidmətlərində qiymətlərin aşağı və yuxarı həddi müəyyənləşdirilməlidir. Dövlət tərəfindən buna hansısa formada nəzarət edilməlidir. Əslində BNA belə bir təklif hazırlamışdı, sadəcə, bunu cəmiyyətdə başqa bir formada qələmə verdilər ki, guya dövlət tərfindən qiymət artırılır və sair. Halbuki belə bir şey yox idi. Sadəcə, orada aşağı və yuxarı hədd müəyyənləşdirilmişdi ki, ən ucuz və ən baha qiymət hansı ola bilər. Bu, həm vətəndaşlar, həm də sürücülər üçün yaxşı idi. Bu gün əksər taksi sürücüləri bəzi şirkətlərlə əməkdaşlıq edirlər, şirkətlər də bir-biri ilə guya rəqabətə girirlər deyə qiymətləri son dərəcədə ucuzlaşdırır və taksi sürücüləri istismar olunur. Bu gün də bu proses davam edir. Burada qazanan taksi şirkətləri, itirən isə sürücülər olur. Bəzi sürücülər də vəziyyətdən çıxmaq üçün qiymət artırırlar və bunu yanacağın qiymət artımı ilə əlaqələndirirlər. Benzinin qiyməti 0,10 qəpik, dizelin qiyməti isə 0,20 qəpik artıb. Amma 1 AZN-ə işləyən taksilər bu gün 2-3 AZN istəyir. Bu isə 100-200 faiz artım deməkdir. Bu məsələlərə nəzarətin olması vacib idi. BNA tərəfindən hazırlanan layihə əslində bunu nəzərdə tuturdu ki, sui-istifadə hallarına yol verilməsin. Təəssüf ki, ictimaiyyət bunu normal qəbul etmədi, düzgün addım saymadı. Ona görə də bu cür xaotik vəziyyət yaranıb. İnsanlar da bundan əziyyət çəkirlər”.

Qeyd edək ki, ictimai nəqliyyat – sərnişin avtobusları ayın 29-dan sonra işləyəcək.

Son xəbərlər

Gəlinlik seçməyə getmişdi, maşının altında qalıb öldü - Toyu günü dəfn olundu

Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər

Yaponiyanın mərkəzində zəlzələ oldu

Əsir düşmüş azərbaycanlı şok faktları açıqladı

Bu gün Azərbaycanda xüsusi dövlət mühafizəçilərinin günüdür

Arzum budur - ucaldıqca, ucal sən

SEVİNC YUNUSLU : Ölsəm bir məktub yazacam - FOTO

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

XURAMAN İSMAYIL QIZI MURADOVA — İNSANA XİDMƏTƏ HƏSR OLUNMUŞ ÖMÜR

Müəllif: Gülnarə Məhəmmədqızı : ÖZÜMƏ TƏRƏF - FOTO

İpoteka ilə ev almaq istəyənlərin nəzərinə - Seçim imkanı var

Saç tökülməsinin ümumi səbəbləri - Hər gün neçə tel itirilə bilər?

Yer kürəsində həyatın ən qədim izləri aşkar edildi

X-da 50 milyon dollarlıq pay sahibidir - Bakıda özünə toy edir

"Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı

“Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam”

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib - FOTOLAR

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31