Banklarda faizlər yüksəkdir: “Öz adamlarına aşağı faizlə kredit verirlər”

Ekspert Əkrəm Həsənov bank sektorundakı neqativ proseslərə münasibət bildirib
Hüquqşünas Aslan İsmayılov Milli Məclisin deputatı Vahid Əhmədovun: “Nə üçün banklar insanlardan 12%-ə götürüdüyü krediti əhaliyə 25 %-ə verir?” sualına Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirovun verdiyi cavaba münasibət bildirib.


Aslan İsmayılov
Bizimyol.info xəbər verir ki, Aslan İsmayılov öz faysbuk səhifəsində bank sistemindən və eləcə də, məhkəmə sistemindən narazılığını ifadə edərək bildirib ki, banklar 5-7 faizlik krediti verərkən vətəndaşlardan qat-qat artıq “şapka”lar alır, məhkəmələr isə rüşvətlə hökm çıxarırlar:

“S.Daşdəmirovun cavabına Vahid Əhmədov qismən münasibət bildirdi. Mən də buradan bildirirəm ki, onsuz da işsizəm, heç bir obyektim yoxdur, hüquqla bağlı bütün fəaliyyətim qadağan olunub, başqa gəlir yerim də yoxdur. Həqiqətən ailəmi dolandırmaq üçün yeni bir mənbə axtarıram. Əgər, doğrudan da, bu ölkədə 5-7 faizlik kredit verirlərsə, mən dərhal götürməyə hazıram… Yəni bu, yalan məlumatdır. Kağızda 5-7% olan kreditin ondan qat-qat artıq olan “şapka”ları var. Bank sektorunun da qurbanlıq keçi olmasını istəmirəm. Hər münasibətdə ədalətli olmaq lazımdır. Birincisi, xarici banklar Azərbaycanda normal biznes mühitinin, rəqabətin olmadığından kredit vermirlər. Mərkəzi Bank da onun kimi. Bəli, banklar əhalidən pulu 10-12%-lə götürür və yaxşı halda əhaliyə 25%-ə verir. Kənardan baxanda banklar 15-20% gəlir əldə edir. Reallıqda isə belə deyil”.

Aslan İismayılov yazır ki, kredit məsələsində “çoxlarına qəribə gəlsə də, ədliyyə naziri F.Məmmədovun başçılıq etdiyi qurumlar qazanırlar”. O yazır: “Xüsusilə, son dövrlər əhali məcburiyyət qarşısında kredit götürməli olur və maddi durumunun ağır olduğundan nə faizləri, nə də krediti vaxtında qaytara bilir. Mən hələ bilərəkdən saxta yollarla aldıqları pulları mənimsəmək üçün kredit götürənləri, yaxud krediti götürəndə onun qaytarmaq lazım olduğunu düşünməyənləri demirəm. Banklar məcbur olub əmanətlərini qoyulmuş girovlar hesabına qaytarmaq istəyir və məhkəmələrə müraciət edirlər”. Aslan İsmayılovun iddiasına görə, borclu müştərilər məhkəməyə verildiyi zaman btün rəsmi və qeyri-rəsmi ödənişləri bank ödəməli olur. İsmayılov statusunda “rüşvət” sözü işlədir: “Bəzən məhkəmə qərarının icra olunması üçün çəkilən xərclər alınacaq məbləğin 50%-ni təşkil edir. Ona görə də bu məsələdə sadə hesablamaq ki, banklar 15-20% qazanır bu düz deyil və böyük ədalətsizlikdir”,-deyə Aslan İsmayılov yazır..


Əkrəm Həsənov
Tanınmış ekspert, bank sektoru ilə bağlı prosesləri yaxından izləyən hüquqünas Əkrəm Həsənov isə bizimyol.info saytına açıqlamasında Aslan İsmayılovun fikirlərinin bir qismi ilə razılaşsa da, başqa bir qismi ilə razılaşmır. O deyir ki, bank sistemində çatışmazlıqlar, qanunların işləməməsi, məhkəmə sistemində də neqativ hallar olsa da, bu o demək deyil ki, ölkədə ədalətli qərarların hamısı rüşvətlə alınır:

“Mən bir neçə məqamla bağlı fikrimi bildirmək istərdim. 7 faizlə Azərbaycanda necə kredit ola bilər ki, Mərkəzi Bankın uçot dərəcəsi 8.5 faizdir. Yəni bankların Mərkəzi Bankdan götürdüyü kreditin dərəcəsi budur və təbii ki, bankların faiz dərəcəsi daha çoxdur. O fikirlə isə razıyam ki, Azərbaycanda faiz dərəcələrinin yüksək olması, əsasən, bank risklərinin yüksək olması ilə bağlıdır. Bu da ölkədə qanunların işləməməsi, məhkəmələrdə korrupsiya, icra məmurlarının korrupsiyası məsələsi ilə bağlıdır. Belə hallar bankların xərclərini artırır. Bir çox hallarda isə banklar da borclulara qarşı vəziyyətin belə olmasından sui istifadə edirlər, bu da faktdır. Mən bu fikirlə razı deyiləm ki, Azərbaycanda rüşvətsiz ədalətli məhkəmə qərarı əldə etmək mümkün deyil. Belə hallar var və vəziyyət get-gedə düzəlmək istiqamətində irəliləyir. Xüsusən də, ölkə başçısının məhkəmə sahəsində imzaladığı son fərmandan sonra”.

Əkrəm Həsənov sonda deyib: “Ümumən faiz dərəcələri yüksəkdir və eyni zamanda bank sahibləri, rəhbərləri aşağı faiz dərəcəsi ilə öz şirkətlərinə və yaxın adamlarına kredit verirlər. Bu hallar da var. Başqa müştərilərə isə bu şamil edilmir. Mən dəfələrlə öz çıxışlarımda səsləndirmişəm; hüquq-mühafizə orqanları, Maliyyə Bazarlarına Nəzarət Palatası araşdırmalıdır ki, banklar niyə bəzi hallarda aşağı faizlə, bəzi başqa hallarda yuxarı faizlə kredit verirlər? Adətən də aşağı faizlə verdikləri də heç geri qayıtmır. Bankların bu sahədə xeyli günahları var. Amma adətən məhkəmə sistemindəki əyintilərin qurbanı olurlar”.

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31