"Mayın 29-da bütün dünyanın nəzərləri Bakıda olacaq" - Əli Əhmədov Mayın 29-da bütün dünyanın nəzərləri Bakıda olacaq.

Turaztv.az Trend-ə istinadən verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov xatırladıb ki, may ayının 29-da Bakı Olimpiya Stadionunda Avropanın iki məşhur futbol komandasının – "Arsenal" və "Çelsi" komandalarının çempionluq uğrunda yarışına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir:

"Bu, təkcə idman bayramı deyil, eyni zamanda Azərbaycanı, Bakını tanıtmağın gözəl imkanıdır. Artıq bir neçə gündür Azərbaycan futbolsevərlərin ən çox müzakirə etdiyi ölkə və şəhərdir. Ayın 29-da isə bütün dünyanın nəzərləri Bakıda olacaq.

İdmançılara uğurlar diləyirəm. Komandalardan hansısa çempion adına məhz Bakıda nail olduğunu heç zaman unutmayacaq. Eynilə də fanatların Bakıda keçirilən oyundan ən xoş təəssüratlarla qayıdacaqlarına əminəm.

Bakıdakı futbol fanatlarının oyuna Azərbaycan bayrağı ilə getmək barədə sosial şəbəkələrdə səsləndirilən təklifini mən də dəstəkləyirəm. Yaxşı olar ki, Bakı həm oyunçuların, həm də fanatların yaddaşında təkcə stadionun gözəlliyi ilə deyil, həm də azarkeşlərin coşqusu ilə qalsın.

Azərbaycan bayraqları, Azərbaycan coşqusu və Azərbaycan qonaqpərvərliyi ilə futbolçuları və onların Bakıya gəlmiş fanatlarını salamlayırıq.

Hamınıza gözəl idman həyəcanı və xoş istirahət arzulayıram”.

Son xəbərlər

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31