UEFA prezidenti: "Azərbaycanı ziyarət etmək bizim üçün şərəfdir”

“Dünyanın hər yerindən olan futbol azarkeşlərini həyəcanlandıracaq bu hadisə üçün Azərbaycanı və onun gözəl paytaxt şəhərini ziyarət etmək bizim üçün şərəfdir”.

“Report”un məlumatına görə, bu fikirlər UEFA prezidenti Aleksander Çeferinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı salamlama mesajındandır.

Sloveniyalı funksioner bildirib ki, gələn il AVRO-2020-nin oyunlarının keçiriləcəyi möhtəşəm Bakı Olimpiya Stadionu həm də Avropa klub futbolunun ən gözəl hadisələrindən birinin məkanı olmağa hazırdır: “Hamımız daha bir möhtəşəm Avropa Liqası mövsümünün zirvə nöqtəsini səbirsizliklə gözləyirik. Azarkeş və bitərəf müşahidəçilər keçən bir neçə ay ərzində sərgilənmiş oyunları həyəcanla izləyib. Saysız-hesabsız və gərgin mübarizə şəraitindəki oyunlardan sonra kubok uğrunda mübarizə aparan sadəcə iki komanda qalıb. Bakıya gəlişləri onların necə də yüksək keyfiyyətlərə malik olduqlarından xəbər verir. Paytaxt sakinləri hər kəsi qarşılamaq imkanından zövq alır və iki komandanın azarkeşləri, şübhəsiz ki, çox coşqun və unudulmaz ab-havanın yaradılmasına kömək edəcəklər”.

UEFA rəhbəri final oyununa ev sahibliyi etdiyi üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) təşəkkür edib: “AFFA və xüsusilə onun prezidenti Rövnəq Abdullayevə bu final oyununa ev sahibliyi etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Hər iki tərəfə qarşılıqlı hörmət və ədalətli oyun ruhunda keçiriləcəyinə ümid etdiyim oyunda uğurlar arzulayıram”.

Qeyd edək ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq.

Son xəbərlər

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31