ABŞ-ın daha bir ştatında Mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri mayın 28-ni “Azərbaycan Milli Günü” elan edib.

Turaztv.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Keyt Qayeqo (Kate Gallego) tərəfindən müvafiq bəyannamə imzalanıb.

Sənəddə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanır.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir.

Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə ABŞ və Finiks şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların mayın 28-ni Azərbaycanın Milli Günü kimi bayram edərək öz ata-babalarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir.
Bəyannamənin sonunda mer K.Qayeqo mayın 28-ni Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edir və şəhər sakinlərini bu bayramı qeyd etməyə çağırır.
Qeyd edək ki, 1,6 miyonluq əhaliyə malik Finiks şəhəri ABŞ-da əhali sayına görə beşinci ən böyük şəhərdir.

ABŞ-ın daha bir ştatında Mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib

Son xəbərlər

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31