Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib 28 may - Respublika günü və UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə əlaqədar olaraq ölkəyə xarici qonaqlar və turistlərin gələcəyi, bır sıra bayram tədbirlərinin keçiriləcəyi, həmçinin respublikanın bölgələrinə səfər edən, istirahət zonalarına üz tutan vətəndaşların sayının artacağı və bununla da ümumi istifadədə olan avtomobil yollarında avtonəqliyyatın hərəkət intensivliyi gözlənilir.

Turaztv.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

"Qeyd edilənləri nəzərə alaraq, 27-29 may tarixlərində avtomobil yollarının, körpülərin, yol qurğularının qorunmasına nəzarətin gücləndirilməsi, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələri zamanı yol infrastrukturuna dəymiş ziyanın və qəzanın nəticələrinin qısa müddətə aradan qaldırılması, vətəndaşlar tərəfindən edilmiş zənglərin operativ cavablandırılması, qeyd edilən müddət ərzində avtomobil yollarında nəzarətin həyata keçirilməsi məqsədilə Agentlik gücləndirilmiş iş rejiminə keçib, qurumun aparatında və tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərdə sutkalıq növbətçilik təşkil edilib.

Belə ki, avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə, həmçinin yollarda və yol qurğularında ekstremal vəziyyət yarandığı hallarda Agentliyin 012-599-79-75 nömrəli “Qaynar xətt”inə və respublikanın aidiyyəti qurumlarına operativ şəkildə məlumat verilməklə zəruri tərbirlər görülməli, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çay yataqlarının təmizlənməsi işlərinə nəzarət edilməli, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin eləcə də avtomobil dayanacaqlarının texniki vəziyyətinə baxış keçirilməklə nöqsanlar aradan qaldırılmalıdır.

“Qaynar xətt”ə daxil olan məlumatlar isə öz növbəsində növbətçi və məsul növbətçilər tərəfindən operativ şəkildə qeyd edilib aidiyyəti üzrə çatdırılmalı və baş vermiş hadisələrin zərərli nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilməlidir", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31