Şadlıq evləri toy mövsümünə hazırlaşır


Toylar oktyabr ayından bərpa edilə bilər.

BAKU.WS-xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir.

Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar. Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss olunur. Əsasən, toyları karantinə görə dəfələrlə təxirə düşənlər müraciət edirlər. Amma onların arasında yeni müştərilər də az deyil.

Hələlik toyların bərpası ilə bağlı rəsmi məlumat olmasa da, bəzi restoranlarda oktyabr ayına boş yer tapmaq belə mümkün deyil. Mərasimlərin Məhərrəm ayından - oktyabrın 18-dən sonra bərpa ediləcəyi istisna edilmir. Sahibkarlar hələlik dəqiq məlumat olmadığı üçün yeni qiymət siyasətləri ilə bağlı da məlumat verə bilməyəcəklərini deyirlər.

8-ci km ərazisində yerləşən şadlıq saraylarından birinin administratorunun sözlərinə görə, icra hakimiyyətindən restoranın ərazisinin neçə kvadrat metr olması, zalların ölçüsü, müştəri tutumları ilə bağlı dəqiqləşmələr aparılır.

“İcradan zəng edib açılacağını deyiblər. Lakin hələ dəqiq tarix bəlli deyil. Bütün obyektlərdən say, sahə soruşurlar. İndi ona uyğun tarix və qonaq sayı deyəcəklər. Məsələn, 400 nəfərlik zala nə qədər adam, 200 nəfərlik zalda neçə adam olsun. 99 faiz toyların bərpa ediləcəyini gözləyirik”.

Həmin ərazidəki başqa bir şadlıq evində isə 1-2 günə şərtlərin açıqlanacağı və əmrin çıxmasını gözlədiklərini deyiblər.

“Biz də gözləyirik. Sifarişləri dekabr, noyabr aylarına da qəbul edirik. Sifarişlərimiz çoxdur. Bunların əksəriyyəti toyları təxirə salınanlardır. Gözləyirik ki, əmr verilsin, biz də işimizi bilək”.

“20 Yanvar” metrostansiyası civarında yerləşən şadlıq evlərindən birinin rəsmisi də qeyd edib ki, bütün ərazilər üzrə həm mərasim zalları, həm şadlıq evləri ilə bağlı siyahı hazırlanır, tutumla bağlı məlumat toplanır:

“Sözsüz ki, məhdudiyyətlə olacaq. 300-500 nəfərlik toyların olacağını gözləmirik. Ümumiyyətlə, oktyabr ayında mərasimlərin başlayacağına da inanmırıq”.

Paytaxtın daha bir populyar sarayından icra hakimiyyəti tərəfindən hazırlanan siyahının operativ qərargaha təqdim edilmək üçün hazırlandığı qeyd edilib.

“Mənim özümlə danışıblar. Deyiblər ki, bizdən siyahını operativ qərargah götürəcək. Ehtimal ki, toylar Məhərrəmlikdən sonra başlayar. Oktyabrda bizdə ümumilikdə yer yoxdur. Ayın 18-dən axırına kimi doluyuq. Onların arasında təxirə düşənlər də, yeni müştərilər də var”.

Bakının şadlıq saraylarının daha çox olduğu istiqaməti - Çobanzadə küçəsindəki obyektlərdə zalların tutumunun yarısı qədər qonaqla toy etməyə icazə veriləcəyini gözləyirlər:

“Yəqin ki, 300 nəfərlik zallarda 150-120 nəfərlə toya icazə verərlər”.

Şadlıq evləri ilə bağlı qeydiyyat Bakı ilə yanaşı, rayonlarda da başlayıb.

Şəkidən verilən məlumata görə, qurumdan zalların sahəsi, qonaq tutumu ilə bağlı məlumat toplanılıb:

“Soruşduq ki, nə məsələdir. Dedilər, ola bilsin ki, şadlıq evləri açıldı. Bakıdan istəyiblər. Hələlik rəsmi məlumat yoxdur. Elə etməliyik ki, nə müştəri, nə də biz ziyana düşək. Qiymət artımı da gözləniləndir. Amma təki açılsın, birtəhər həll edərik”.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31