Bu şəxslər 3000 manatadək cərimə olunacaqlarAzərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər isə iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

"Turaztv.az"Qaynarinfo-ya istinadən xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna görə, ali və orta ixtisas təhsili müəssisələrinin "Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin "Şagird-məzun dövlət elektron məlumat sistemlərinə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə, bu sıraya Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə daxil edilməməsi əlavə olunur.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev APA-ya açıqlamasında deyib ki, İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsi yeni redaksiyada təklif olunur. Onun sözlərinə görə, "Təhsil haqqında" qanunda Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali və orta ixtisas təhsili müəssisələrinin "Tələbə-məzun”, ümumi təhsil və peşə təhsili müəssisələrinin "Şagird-məzun dövlət elektron məlumat sistemlərinə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə görə məsuliyyət nəzərdə tutulur: "Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 599-cu maddəsinə yeni redaksiyada dəyişiklik edilir”.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31