Rayonlara gediş-gəliş açılır: Polisdən mühüm açıqlama
Sentyabrın 8-i saat 00:00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun giriş-çıxışlarındakı karantin polis postları fəaliyyətini dayandıracaq.

Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, gecə saat 00:00-dan etibarən artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxış sərbəstdir:

"Postlarda bəzi texniki avadanlıqlar var ki, onlar hələlik orada qalacaq, amma fərdi avtomobillər və taksilərin hərəkətinə qadağa aradan qaldırılacaq. Rayonlara və rayonlardan Bakı, Sumqayıt və Abşerona sərnişindaşıma hələlik yalnız fərdi avtomobillər və taksilərlə olacaq. Avtobuslarla sərnişin daşınmasına hələki icazə verilmir. Çünki Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında ictimai nəqliyyatla sərnişindaşıma qadağandır".

K.Əliyev bildirib ki, sabahdan etibarən taksilərin fəaliyyəti sərbəst olsa da, bu məsələ bütün taksilərə şamil edilməyib:

"Yalnız fərqlənmə nişanı olan, rayonlara sərnişin daşımağa icazəsi olan taksilər fəaliyyət göstərə biləcək".

Polis polkovniki sürücü və sərnişinlərə müraciət də edib:

"Sentyabrın 8-i saat 00:00-dan gediş-gəlişə icazə verilməsini eşidən sürücülər gecə saatlarında yola çıxmasınlar. Yəni bu, bir günlük və ya bir saatlıq icazə deyil. Gecə saat 00:00-dan icazə verilirsə, bu o demək deyil ki, hamı 00:00-dan sonra dərhal rayona və ya rayonlardan Bakıya hərəkət etsin. Ayın 8-dən sonra hərəkət sərbəst olacaq. Maksimum sürücülər çalışmalıdırlar ki, gecə saatlarında vacib olmadığı halda yol çıxmasınlar. Bu həm sürücü, həm də sərnişinlər üçün təhlükəli ola bilər. Sürücülər sabahdan etibarən günün istənilən vaxtı sərbəst hərəkət edə bilərlər".

Son xəbərlər

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31