Sənubər Səhər,
Jurnalist
Paylaşımlar ünvanını düzgün taparsa, anlaşılarsa, xeyirli olarsa həyatın gözəlliyinə də rövnəq qatar.

Təəssüf ki, paylaşımlar hər zaman sevindirici olmur. Amma onların hər biri həyati ehtiyacların əsas simasıdır.
Təkliyi sevənlər belə bu ehtiyacdan tam aralı qala bilmir.
İnsanların heç biri ömür boyu tək yaşaya bilməz.
Dünya birliyin pafosudur. Saysız düşüncələr, fikirlər, xarakterlər, bacarıqlar, biliklər, arzular saysız qurumlarda birləşir.
Ailə də, iş də, təhsil də, yaradıcılıq da və siyasət də saysız fərqli həyati birliklərdir.
İllər boyu bu birliklərlə inkişaf yolu paylaşımlardan keçib.
Bacarıqlar, biliklər, fəaliyyətlər paylaşımdan yaranıb, paylaşıma tabe olub.
Paylaşımsız həyat yoxdur.
Aramızda bildiyini, sərvətini gizlədənlər var. Amma onların heç biri də paylaşımdan tam kənarda qala bilmir.
Ətrafımıza bağlılıq həyati tələbatdır.
Bu tələbat heç birimizi heç bir paylaşımdan qıraqda qoya bilməz.
Xarakterlər şəxsi həyata təsir edə bilər, paylaşım ehtiyaclarını isə aradan qaldırmır.
Bu ehtiyaclar nə qədər fərqli olsa da – var, yaşayır, olacaq.
Onun dünyəvi zolaqları artıq kainatı da sarmış.
Paylaşımlar iki-üç insan arasında da ola bilər, dünyanı da sarsıda bilər. Bu sarsıntıların mənəvi anlamı da fərqli olur.
Duyğusal fırtınalar da fərqli paylaşımlara ehtiyac duyur.
Paylaşımlar paylaşımlar yaradır, insanlığı yaşadır, ömrün mənasına çevrilir.
Düzgün, səhv, yalan paylaşımlar da mübarizədədir.
Nə isə öyrənmək istəyi hər zaman lazımı yolla irəliləmir. Hər zaman çoxluq arxasınca addımlamalıyıq. Hərdən qaçmaq da lazım olur – şəxsi bacarıqlarına tən gələn yolda olsan...
Qəlbini, canını belə paylaşanlar olan bu dünyada ömür salnamələri duyğuların təlatümünə tuş gəlsə də yaşam arzusu tükənmir.
Hər kəsə paylaşımlarını anladığımız, paylaşım etmək istədiyiniz insanlar arasında olmasını arzu edirəm.
Əks halların kəskin təzahürünə uymayaq.
Xeyir də, şər də öyrəntilərə dəstəkdir.
Pisliyi görməsək, yaxşılığın qədrini bilmirik.
Əsas odur ki, düzgün yolda olaq. Bu yolun durğun olduğuna inamı isə paylaşımların çoxluğu verir.
Paylaşım cəsarətimiz də tükənməsin.


Son xəbərlər

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Həsənxan Əsədov : DOSTUM - FOTO

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yazılarla təsəlli tapırıq

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31