Bu qadağalar ləğv edildi - SİYAHINazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

Qurumdan "Turaztv.az" BAKU.WS-ə istinadən verilən məlumata görə, Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.

Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:



- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;



- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;



- maşın və avadanlıqların istehsalı;



- elektrik avadanlıqlarının istehsalı;



- kompüter, elektron və optik məhsulların istehsalı;



- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;



- sair nəqliyyat vasitələrinin istehsalı;



- poliqrafiya məhsullarının istehsalı;



- zərgərlik məmulatlarının istehsalı;



- musiqi alətləri, idman mallarının istehsalı;



- geyim istehsalı;



- toxuculuq sənayesi;



- ayaqqabıların istehsalı;



- dəri və dəri məmulatlarının istehsalı;



- tütün məmulatlarının istehsalı;



- sair sənaye məhsullarının istehsalı.



Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:



- Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

- Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

- Mühəndislik və layihələndirmə xidmətləri;

- Qablaşdırma məhsullarının istehsalı;

- Daş, metal və taxta məhsullarının istehsalı;

- Mebel istehsalı və təmiri;

- Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

- Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

- Onlayn satışlar;

- Kimyəvi təmizləmə;

- Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

- Avtomobillərin təmiri;

- Avtomobil yuyulma məntəqələri;

- Heyvan sığınacaqları;

- Tərcümə xidmətləri.



Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçirilir:



- Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında;



- Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında;



- Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında.



Operativ Qərargah vətəndaşlara müraciət edərək bildirir ki, infeksiyanın yayılmasının qarşısının alınması tədbirləri ilə iqtisadi fəaliyyəti sinxronlaşdırmaq üçün sanitar-epidemioloji tələblərə ciddi əməl edilməlidir. Sanitar-epidemioloji tələblərə əməl edilməsi iqtisadi fəaliyyəti davam etdirməyin və daha da genişləndirməyin yeganə üsuludur.

BAKU.WS

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31