ABŞ və İran rəsmiləri Pakistanın paytaxtı İslamabadda atəşkəs danışıqları aparmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb.

Bildirilib ki, bu görüşlər 1979-cu il İslam inqilabından bəri iki ölkə arasında ən yüksək səviyyəli təmaslardan biridir.

Məlumata görə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens danışıqlar ərəfəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.

İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi daxildir.

Pakistan rəsmiləri bildirir ki, ölkə Yaxın Şərqdə artıq altı həftədir davam edən müharibənin dayandırılması üçün ABŞ və İran arasında birbaşa danışıqlara vasitəçilik etməyə çalışır.

***

28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibədə 8 apreldə əldə edilən müvəqqəti atəşkəsdən sonra Tehran və Vaşinqton Pakistanda daimi atəşkəs üçün danışıqlara başlayıblar.

Pakistan mənbələri bildiriblər ki, ABŞ və İran arasında danışıqlar Pakistan vasitəçiləri vasitəsilə başlayıb.

Mənbələr qeyd ediblər ki, tərəflər Pakistan rəsmiləri ilə birbaşa danışıqlardan əvvəl “məsələləri həll etmək” üçün İslamabaddakı bir hoteldə Pakistan nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüblər.

Bir mənbə bildirib ki, “İki nümayəndə heyətinin nə vaxt üz-üzə görüşəcəyini hazırda deyə bilmərəm. Onlar hazırda Pakistan rəsmiləri ilə görüşürlər”.

İslamabad danışıqlarına İran tərəfindən Parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.

Danışıqlarda xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının baş katibi Əli Əkbər Əhmədiyan və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati də daxil olmaqla, böyük bir İran nümayəndə heyəti iştirak edir.

ABŞ tərəfinə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edir. ABŞ nümayəndə heyətinə həmçinin Prezident Donald Trampın kürəkəni Cared Kuşner və Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff daxildir.
Ətraflı
Ad - 00:28

Vasitəçi kimi çıxış edən Pakistanı Baş nazir Şahbaz Şərif, Xarici İşlər naziri İshaq Dar və Ordu Qərargah rəisi, general Asim Munir təmsil edir.

Danışıqlardan əvvəl həm İran, həm də Amerika nümayəndə heyətləri Pakistanın Baş naziri Şəriflə ayrı-ayrı görüşlər keçiriblər.

***

CNN-in məlumatına görə, ABŞ və İran rəsmiləri arasında keçirilən danışıqlar bu dəfə birbaşa formatda baş tutur.

İran mənbələri CNN-ə bildiriblər ki, İslamabadda aparılan sülh danışıqları tərəflər arasında üzbəüz görüşlər şəklində həyata keçirilir.

Daha əvvəl isə müzakirələrin vasitəçilər üzərindən aparılıb-aparılmayacağı ilə bağlı qeyri-müəyyənlik mövcud idi.

ABŞ rəsmisi və regional mənbə yüksək riskli danışıqların həm birbaşa, həm də dolayı formatda keçiriləcəyini bildirmişdi.

Qeyd olunur ki, əvvəlki mərhələlər, əsasən, Omanın vasitəçiliyi ilə dolayı danışıqlar şəklində aparılıb, lakin ötən yaz nüvə müzakirələri zamanı bəzi birbaşa təmaslar da baş tutmuşdu.

***

İranın dövlət radio və televiziyasının (IRIB) məlumatına görə, İran və ABŞ nümayəndə heyətləri fasilədən sonra danışıqları bərpa ediblər.

Kanal bildirib ki, nümayəndə heyətləri arasında danışıqlar qısa fasilədən sonra yenidən başlayıb. Fasilə zamanı ekspertlər və müvafiq qurumların nümayəndələri səviyyəsində müzakirələr aparıldığı qeyd olunub.

***

İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən birbaşa atəşkəs danışıqlarının birinci mərhələsi yekunlaşıb.

“Al Jazeera” telekanalının məlumatına görə, tərəflər hazırda əldə olunmuş ilkin razılaşmaları təsdiqləmək üçün yazılı mətnlərin mübadiləsini həyata keçirirlər. Bu sənəd mübadiləsi Vaşinqton və Tehranın müzakirə olunan bəndlər üzrə eyni mövqedə olduqlarını rəsmiləşdirmək məqsədi daşıyır.

Qeyd edək ki, sözügedən görüş 1979-cu il İslam İnqilabından bəri iki ölkə arasında keçirilən ilk yüksək səviyyəli və üz-üzə formatlı danışıqlar kimi tarixə düşüb. Müzakirələrin əsas mövzusu regionda uzunmüddətli sülhün bərqərar olması, Hörmüz boğazının təhlükəsizliyi və qarşılıqlı təhlükəsizlik zəmanətləridir.

Son xəbərlər

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31