2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan edilib. Həmin dövr ərzində vətəndaşlar tibbi və ərzaq zərurətini ödəmək, eyni zamanda bank və poçtla bağlı məsələlər üçün 2 saatlıq SMS icazədən istifadə edə bilərlər. Son günlər havaların istiləşməsi səbəbindən səhhətində problemi olanlar, yaşı 60-dan yuxarı insanlar 2 saat açıq havada dayana bilmirlər.

Bəzən vətəndaş 2 saatlıq icazə alıb onun yarım saatından istifadə edir. Həmin gün digər vacib iş çıxdıqda isə bir sıra problemlər yaşayırlar. Odur ki, vətəndaşlar 2 saatlıq SMS icazə vaxtını yarı bölüb, 1 saat olmaqla iki dəfə icazə almaq hüququnun verilməsini xahiş edir.

Milli Məclisin üzvü Aydın Mirzəzadə vətəndaşlardan gələn bu təklifi alqışladı. Aydın Mirzəzadə bildirib ki, 2 saatlıq SMS icazəni hərəsi 1 saat olmaqla iki yerə bölünməsi təklifinin faydalı olduğunu düşünür. "Mən də düşünürəm ki, vətəndaşlar gün ərzində vacib işlərini bir dəfəyə çatdırmaqda çətinlik çəkir. Vətəndaşın gün ərzində ikinci dəfə vacib işi çıxa bilər və ondan öncə SMS icazədən istifadə etdiyinə görə, problem yarana bilər. Yaxşı olar ki müvafiq dəyişikliklər edilməklə, vətəndaş ya bir dəfəyə iki saata, ya da özü seçim etməklə gün ərzində 1+1 və ya 0.5+1.5 saat hesabı ilə evdən çölə çıxa bilsin. Nazirlər Kabineti yanında Operativ Qərargah təklifimi dəyərləndirəcək.Bununla bağlı proqram hazırlamaq olar. Məsələni sosial şəbəkələrdə də ictimailəşdirəcəyəm”, - deyə deputat bildirib.

Sfera.az bildirir ki, məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla da ANEWS.az-a öz fikirlərini bölüşüb. "Ümumiyyətlə, karantin rejimi ilə bağlı tədbirlər görüləndə hərtərəfli nəzərə alınmalıdır. Təəssüflər olsun ki, hazırda bu cür problemlər ortaya çıxır. İndiki verilən qərarlarda maraqlı təzad var. İnsanların ictimai yerlərdə, küçələrdə az olması üçün 2 saatlıq icazə limiti verilsə də, digər tərəfdən isə ictimai nəqliyyat olan metro stansiyaları bağlayıblar. Avtobuslarda insanların çox sıx təmasda olduğu faktını görürük. Bəs bu karantin rejimi nəyə xidmət edir? Karantin tədbirləri elə keçirilməlidir ki, sosial məsafə mütləq qorunmalı, insanların təması məhdudlaşdırılmalıdır. Amma təəssüf ki, biz bunun əksinə şahid oluruq. Hesab edirəm ki, bu cürə karantin rejimi ləğv edilməlidi, daha çox insanların davranışlarına diqqət verilməlidir”. Həkim sonda əlavə edib ki, maarifləndirmə işlərini artırmaq çətin proses kimi görülsə də, bu istiqamətdə işlər görülmək vacibdir.

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31