MÜZƏFFƏR MƏZAHİM,
şair-publisist

Bu gün doğum günündür,
Təbrikinə gəlmişəm, ana.
Sənə nə xoşbəxtlik arzulaya bilirəm,
Nə uzun ömür, nə də can sağlığı.
Həyəcanla döyünür ürəyim yana-yana.
Qəlbimdə duyğularım,
Düşüncələrimdə xatirələrim,
Gözlərimdə yaş,
Əllərimdə çiçəklər donub.
Sənə deyiləsi o qədər sözüm var ki,
Deyə bilmirəm, sanki, dilim də daşa dönüb.
Gör haçandır həsrətdir
Saçlarım əllərinin sığalına,
Gözlərim gülümsər çöhrənə,
Qulaqlarım mehriban səsinə,
Ürəyim qayğılarına.
Sən cənnətinə qovuşan gün,
Cənnətimi itirdim mən.
Bu dünyanın cəhənnəmində
tənha qaldım, yollarım çən.
Qayıtmağa yolum yox,
Qalmağa səbrim.
Gedəcəyim tək yerim
Yanındakı qəbrim.
Duaların mənimlədir
Gətirəcək məni sənə,
Qovuşacam yenidən əbədi cənnətinə.
Hər doğum günün yaxınlaşdırır
Mənim sənə qovuşmaq günümü,
Ona görə sevinirəm uşaq kimi.
Təbrikinə gəlmişəm, ana,
Fatihə oxuyuram,
Ruhun şad olsun.
Cənnətin mübarək,
Məzarın nurla dolsun.
Rəhmət, şəfqət diləyirəm
Ruhuna min-min.
Amin!


ANASIZLIQ

Dünyanı salıbdır nəzərimdən anasızlıq,
Min dərd keçiribdir üzərimdən anasızlıq.

Həsrətdən ürək çırpınır atəşlər içində,
Çıxmaz nə yadımdan, nə sərimdən anasızlıq.

İnsafı olaydı azacıq taleyimin kaş,
Başdan silinəydi qədərimdən anasızlıq.

Etmiş məni ahu kimi ağlar bu yaşımda,
Sonsuzdur, böyükdür kədərimdən anasızlıq.

Əhvalımı sorsan deməyə söz tapa bilməm,
Onsuz da yağır tər-təhərimdən anasızlıq.

Həsrətlə keçən günlərimin yoxdur hesabı,
Boylanmadadır hər səhərimdən anasızlıq.

Bihudə deyildir dözümün yaşı durulmaz,
Dolmuş içimə öz qəhərimdən anasızlıq.

Qəlbimdə, Müzəffər, əbədi sızlayacaqdır,
Daim anasızlıq, anasızlıq, anasızlıq.


ANAMSIZ

Dünya işığına həsrətdi anam,
Dünyanın işığı söndü anamsız.
Nə qədər sağ idi qoymadı sınam,
Qəddim də, qəlbim də sındı anamsız.

Həm sevincim idi, həm qəmim idi,
Könlümə yeganə həmdəmim idi.
Mənim kəhkəşanım, aləmim idi,
Gen dünya zindana döndü anamsız.

Ümid qaynağımdı, mehribanımdı,
Sevgisi, qayğısı can dərmanımdı,
Dərdimi açdığım tək ünvanımdı,
Yanar ürəyim də dondu anamsız.

Darıxa-darıxa ağlayır içim,
Bu qərib dünyadan hayana köçüm,
Azmışam, tənhayam necə yol seçim,
Yollarım dumandır, çəndir anamsız.

Bu ölüm həyatı gözümdən saldı,
Analı dünyamı əlimdən aldı,
Burda yaşamağa səbəbmi qaldı,
Göylər də başıma endi anamsız.

Son xəbərlər

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Ömrünü həqiqətə həsr edən ziyalı

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31