Respublika Klinik Xəstəxanasında 1930-cu il təvəllüdlü qadın pasiyent üzərində riskli əməliyyat icra olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, tibb müəssisəsinə sol bud sümüyünün sınığı səbəbilə müraciət edən 95 yaşlı Savat Quliyevada ürək problemləri, böyrək funksiyasının pozulması (kreatinin yüksəkliyi), bağırsaq problemləri, qanaxma meyilliliyi və s. yan xəstəliklər aşkarlanıb.

Bildirilib ki, ilkin müraciətdə zəruri tibbi xidmətlər göstərilən şəxsə sol bud sümüyünün burmalardan keçən sınığı diaqnozu təyin edilib, xəstəxananın Travmatologiya və ortopediya şöbəsinə yerləşdirilib.

Səhhətində olan yanaşı xəstəliklərə görə bır sıra tibb müəssisələrində cərrahi əməliyyatına imtina verilən 95 yaşlı şəxsin sağlamlıq vəziyyəti bir daha nəzərdən keçirilib. Bir neçə həkim - kardioloq, anestezioloq-reanimatoloq və travmatoloq tərəfindən həyata keçirilən konsiliumdan sonra riskli əməliyyatın icrasına qərar verilib, cərrahi müdaxilə uğurla başa çatıb.

Pasiyent üzərində sol bud sümüyünün osteosintezi əməliyyatı həkim-travmatoloq-ortoped Pərvin Hüseynovun rəhbərliyi, həkim-anestezioloq-reanimatoloq Fatma Əhmədova, assistent Cavid İlyaszadənin iştirakı ilə icra olunub.

Uğurlu baş tutan əməliyyatdan sonra pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilib və vəziyyəti stabil qiymətləndirildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Son xəbərlər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31