DSX-nin zabitinə hücum etməkdə təqsirləndirilən idmançılarla zərərçəkənlər barışıb - MƏHKƏMƏ

Bakıda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Fuad Zeynalov ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti yoxdur:

Daha sonra onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

O həmin ifadəsində deyib ki, 2024-cü ilin noyabr ayında Avropa Çempionatında iştirak etmək üçün Yunanistanın paytaxtı Afina şəhərinə gedib. Həmin çempionatda Ramal Aslanov da öz tələbələri ilə iştirak edib. İdmançılar arasında mübahisə də elə Afinada başlayıb.

"Bakıya qayıdanda bir neçə nəfər məni izləyərək yaşadığım ünvana gəldi. Həmin vaxt Ramal Aslanov mənə zəng edərək bayıra çıxıb söhbət etməyi təklif etdi. Bu ilin yanvar ayında Xətai rayonunda dostum Anar Süleymanovla restorandan çıxarkən Elnur və Elçin mənə hücum etdilər. Bu zaman Anarı köməyə çağırdım. Onun yerə yıxıldığını gördüm. Ayağa qalxmaq istəyəndə onu arxadan qucaqlayıb saxladılar. Anar çətinliklə də olsa, ayağa qalxdı. Bu zaman ona beşbarmaqla alın nahiyəsindən zərbə endirdilər. Zərbənin təsirindən Anar yerə yıxıldı. Hadisədən sonra Mərkəzi Nefçilər Xəstəxansına yerləşdirildik. Alnımdan 10 dənə tikiş atmışdılar", - o bildirib.

Daha sonra zərərçəkən Anar Süleymanov ifadə verib. O bildirib ki, dostu Fuada hücum edən zaman ona kömək üçün yaxınlaşıb.

"Təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayətim yoxdur. Onları ailələrinə, uşaqlarına görə bağışlamışam".

Növbəti proses iyulun 30-na təyin olunub.

Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 4-də Bakının Xətai rayonunda baş verib.

İttihama görə, idmançılar - Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum ediblər. İnsidentdən sonra sözügedən şəxslər saxlanılıblar.

Məlum olub ki, onları bu əməli Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovun sifarişi ilə törədiblər.

Məhkəmənin qərarı ilə Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində həbs qətimkan tədbiri, Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İdmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31