ABŞ administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir.

"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

"Biz ümid edirik ki, Rusiya və Ukrayna gələn həftə İstanbulda birbaşa danışıqlara başlayacaq. Biz bu görüşün baş tutacağına inanırıq. Bu, ABŞ prezidenti Donald Trampın təşviq etdiyi, hər iki tərəfi dialoqa və birbaşa danışıqlar aparmağa çağırdığı görüşdür", - o qeyd edib.

Livitt vurğulayıb ki, ABŞ bu danışıqlar üçün Türkiyəyə nümayəndə heyəti göndərmir. "Prezidentin nümayəndə göndərməyi planlaşdırılsa, biz sizə xəbər verəcəyik. Hazırda bunu görmürəm. O, bu müharibənin döyüş meydanında deyil, danışıqlar masası arxasında həllini istəyir. Dövlət başçısı bunu dəfələrlə hər iki ölkənin liderinə deyib. Ümid edirəm ki, gələn həftə müəyyən irəliləyişlər müşahidə olunacaq", - Ağ Evin sözçüsü bildirib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunu elan edib. O, bəyan edib ki, nümayəndə heyətinin rəhbəri Vladimir Medinski böhranın əsas səbəblərini aradan qaldırmağın bütün aspektləri ilə bağlı Rusiyadan memorandumu Ukraynaya təhvil verəcək.

Danışıqların əvvəlki raundu mayın 16-da baş tutub və “1000-dən 1000-ə qədər” prinsipi ilə əsirlərin mübadiləsinə dair razılaşmalar və mümkün gələcək atəşkəs barədə tərəflərin öz mövqelərini təqdim etməsi ilə başa çatıb. Hər iki tərəf görüşün nəticəsindən məmnunluq ifadə edib.

Son xəbərlər

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31