Turaztv.az xəbər verir 13.05.2025-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış yazıçı, publisist, tarixi romanlar müəllifi Cəlal Bərgüşadın anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib. Tədbir Yazıçılar Birliyinin və İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Ədəbi-bədii xarakter daşıyan bu tədbir Cəlal Bərgüşadın zəngin irsinin geniş ictimaiyyətə tanıdılması və onun Azərbaycan ədəbiyyatındakı xidmətlərinin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Tədbirdə şairlər, yazıçılar, tanınmış jurnalistlər, elmi və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, oxucular, gənc yazarlar və yazıçının ailə üzvləri iştirak ediblər. Onların iştirakı yubileyin yüksək səviyyədə keçirildiyini və Cəlal Bərgüşadın ədəbi irsinə göstərilən diqqət və ehtiramı bir daha təsdiqləyib.
Yubiley tədbirini giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid açaraq iştirakçıları salamlayıb və yazıçının həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. O, Cəlal Bərgüşadın Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, milli yaddaşın formalaşmasında oynadığı əhəmiyyətli roldan bəhs edib. Rəşad Məcid çıxışında vurğulayıb ki, Cəlal Bərgüşad tarixi romanları vasitəsilə milli kimliyi və mənəvi dəyərləri qoruyub yaşatmaq missiyasını böyük məharətlə həyata keçirib. Onun qələmə aldığı əsərlər həm bədii dəyəri, həm də tarixi həqiqətləri əks etdirməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Tədbirdə iştirak edən Xalq şairi Ramiz Rövşən yazıçı Cəlal Bərgüşadla bağlı unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onunla keçirdiyi görüşlərdən, ədəbi mühitdəki yoldaşlıqlarından və yazıçının yaradıcılığı ilə bağlı təəssüratlarından söz açaraq Təəssüflə bildirdi ki, Cəlal Bərgüşad Qubadlının alnmasını görmədi lakin buna baxmayaraq onun ruhu bu gün şaddır.
Tədbirin təşkilatçısı olan "İz – Mədəniyyətin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Fəridə Mirişova çıxış edərək birliyin məqsəd və fəaliyyət istiqamətlərindən danışıb. O qeyd edib ki, "İz" birliyi mədəniyyətə iz qoymuş şəxsiyyətləri tanıtmaq, onların irsini gələcək nəsillərə çatdırmaq üçün çalışır və bu tədbirin keçirilməsi də məhz həmin missiyanın bir nümunəsidir. Fəridə Mirişova Cəlal Bərgüşadı öz izi ilə tarix yazan, milli təfəkkürə və ədəbiyyata mühüm töhfələr vermiş şəxsiyyət kimi dəyərləndirib.
Tədbirin aparıcısı, tanınmış publisist və ədəbiyyatşünas Əsəd Cahangir Cəlal Bərgüşadın ədəbi irsini geniş şəkildə təhlil edib. O, yazıçının fərdi üslubu, zəngin obrazlar aləmi və mövzu seçimi ilə ədəbiyyatımızda özünəməxsus yer tutduğunu bildirib. Əsəd Cahangir onun əsərlərində milli ruhun, tarixi reallıqların və insan xarakterlərinin dərin bədii təcəssümünü xüsusi vurğulayıb.

Əməkdar müəllim Ofeliya "Şəxsiyyət və yazıçı: şəxsi tanışlıq xatirələri" mövzusunda danışaraq, Cəlal Bərgüşadla bağlı şəxsi xatirələrini və onun insani keyfiyyətlərini iştirakçılarla bölüşüb. O, yazıçının sadəliyini, səmimiliyini və yüksək mənəvi keyfiyyətlərini xatırladıb.

Ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru professor Asif Rüstəmli "Cəlal Bərgüşadın ədəbi irsi" mövzusunda çıxış edərək, onun əsərlərinin janr müxtəlifliyindən, ideya dərinliyindən və ədəbi-estetik əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən Əməkdar jurnalist Flora Xəlilzadə isə "Cəlal Bərgüşadın televiziya və publisistik fəaliyyəti" mövzusunda çıxış edərək, onun KİV sahəsindəki fəaliyyətindən, maarifləndirici yazılarından və cəmiyyətə təsirindən bəhs edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədli "Cəlal Bərgüşadın həyatı və yaradıcılığı" mövzusunda çıxış edərək, yazıçının həyat yolunu, zəhmət və yaradıcılıq dolu fəaliyyətini geniş təhlil edib.
Tədbirdə çıxış edən Qubadlı rayonu İcra Hakimiyyətinin müavini Allahverdi Haqverdiyev Filologiya üzrə elmlər doktoru, professor Lütviyyə Əsgərzadə, yazıçı, şairə Aysel Fikrət və digər natiqlər Cəlal Bərgüşadın müxtəlif sahələrdəki fəaliyyətindən bəhs ediblər.
Tədbirin sonunda yazıçının həyat yoldaşı Sayad Cavadzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara səmimi minnətdarlığını bildirib. O, Cəlal Bərgüşadın xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə dərin təşəkkürünü ifadə edib, belə tədbirlərin yazıçı irsinin yaşadılması baxımından mühüm olduğunu qeyd edib.
Bu yubiley tədbiri Cəlal Bərgüşadın ədəbi və publisistik irsinin qorunması, geniş kütlələrə çatdırılması, gələcək nəsillərə ötürülməsi və onun Azərbaycan ədəbiyyatındakı önəmli rolunun bir daha təqdir olunması baxımından əlamətdar və yadda qalan bir hadisə kimi tarixə düşdü.



















Son xəbərlər

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31