Mərkəzi Bankın sədri manatın məzənnəsi barədə
"Qarşıdakı dövrdə biz makroiqtisadi və maliyyə sabitliyini qorumalıyıq, pandemiyadan, bu məhdudlaşmadan əziyyət çəkən əhaliyə və biznes-iqtisadiyyata dəstək verməliyik. Üçüncü, olduqca önəmli məsələ bütövlükdə bu situasiya qurtarandan sonra əhalimizi və iqtisadiyyatımızı normal həyata qaytarmaqdır. Biz bunun üçün lazımi tədbirləri indidən görməliyik".


Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.


Mərkəzi Bankın sədri çıxışını belə davam etdirib:


"Burada artıq biz mümkün hadisələri, mümkün inkişaf ssenarilərini düşünməliyik, proqnozlaşdırmalıyıq. Hər bir ssenariyə hazır olmalıyıq. Yəni, Siz dediyiniz kimi, indi ən mühüm məsələ qeyri-müəyyənlikdir. Heç kim bilmir bu hadisələr nə qədər davam edəcək, bunun təsiri nə olacaq. Beynəlxalq təşkilatlarda ciddi bədbin proqnozlar var və bu proqnozlara, yəni biz hər şeyə hazır olmalıyıq və buna uyğun öz resurslarımızla manevr edərək siyasət reaksiyaları yaratmalıyıq.


Biz milli valyutamızın məzənnəsinin qorunması istiqamətində işlərimizi davam etdirəcəyik. OPEC+ danışıqlarının uğurla nəticələnməsi hesab edirəm ki, həm bizim ticarət və tədiyə balansımız üçün və bütövlükdə ilin sonuna valyuta ehtiyatlarımızın proqnozlaşdırılması üçün yaxşı xəbərdir. Lakin bilirsiniz ki, dünyada iqtisadi tələbatın aşağı düşməsi, bütövlükdə iqtisadiyyatda olan tələbat imkan vermir ki, neftin qiyməti kəskin qalxsın. Amma düşünürük ki, biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik.


Maliyyə sabitliyi diqqətimizdədir və bu, daimi monitorinqdədir. AMB situasiyanı izləyir və burada qarşıya çıxan problemləri təbii ki, biz Maliyyə Sabitliyi Şurasında müzakirəyə çıxaracağıq. Bütövlükdə pandemiyadan əziyyət çəkmiş sahələrə AMB-nin müntəzəm yumşaltma tədbirləri, yəni hökumətin atdığı addımlarla sıx əlaqədə tətillərin verilməsi məsələlərinə baxılıb. Bu günlərdə Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsini planlaşdırırıq. Biz bu təklifləri, o cümlədən də valyuta tənzimlənməsi sahəsində atacağımız addımları Maliyyə Sabitliyi Şurasının müzakirəsinə çıxarandan sonra Sizə məruzə olunacaq və ondan sonra lazımi addımlar atılacaq".

Son xəbərlər

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31