“Mən düzgün demişəm, gəlib “novostroyka”nın zirzəmisində uşaq əkirlər…” - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızının “Rayondan gəlib zirzəmidə şikəst uşaq əkib-doğurlar" ifadəsi səs küyə səbəb olub.

Onun bu sözləri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb, sənətçi tənqid atəşinə tutulub.
Saytımıza danışan aktrisa onu tənqid edənlərə cavab verib:
“Əvvəla o cümləm kontekstdən çıxarılıb. O tamamilə başqa bir müsahibə idi. Həmin müsahibədə mənim yaradıcılığımdan söhbət gedirdi, tamaşanın təhlilindən danışırdım, bu mövzu ətrafında müsahibəm davam edirdi. Bunlar arada verilən suallar idi və mən o sualların hamısına düzgün cavab vermişəm.
Siz özünüz də daxilinizdə bilirsiniz ki, mən düzgün demişəm. Mənim üçün fikirlərimə yazılan şərhlər heç maraqlı deyil və oxumuram. Həmin yazı qərəzli şəkildə verilib. Millətin belə çılğın, əsəbi vəziyyətində bu yazını yayıblar. Yazırlar ki, Afaq Bəşirqızı deyir ki, “podyezlərdə” doğur. Siz həmin müsahibənin bütöv versiyasına baxın, görün orada “podyezdə” doğmaq söhbəti olub?! Başlığa belə şeylər yazırlar.
Mən demişəm ki, insanlar cavan evlənirlər, gəlirlər “novostroyka”nın zirzəmisində uşaq əkirlər, o da olur şikəst. Sonra da düşürlər verilişlərin canına ki, bu uşağı müalicə etməyə yardım edin. Yalan demişəm?! Düzgün danışmışam mən. Bu dəqiqə millətin ən qlobal dərdi budur. Şəhər kəndə qarışıb, kənd də şəhərə. Əvvəla Afaq vətən, millət dərdi çəkəndə, elə insanlar, hansı ki, mən onları heç insan da adlandırmaq istəmirəm, onlar harada gizlənmişdilər bilinmirdi! Deyirlər, məni tənqid edirlər, tək balamın canı üçün o şərhləri heç oxumamışam. Amma qulağıma gəlib çatıb. Elə o şərhləri yazanlar haqqında danışmışam mən ona görə onlara belə təsir edir”.
Xatırladaq ki, müsahibədə “Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük”. –deyə A.Bəşirqızı bildirmişdi.(yenisabah.az)

Son xəbərlər

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31