Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar - FOTO
“Azercell”in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər

Turaztv.az xəbər verir Cari ilin sentyabr ayında məktəblilərimiz informatika fənni üzrə iki beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Belə ki, 1-8 sentyabr tarixlərində Misirin İsgəndəriyyə şəhərində məktəblilərin 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI), sentyabr ayının 8-12 aralığında isə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində dünyanın Birinci Beynəlxalq Süni İntellekt Olimpiadası (IAIO) baş tutub.

Beynəlxalq İnformatika Olimpiadasına (IOI) qatılan Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev həvəsləndirici mükafata layiq görülüblər. Dünyanın təxmini 90 ölkəsindən 350-yə yaxın iştirakçının yarışdığı 2 günlük müsabiqədə şagirdlər hər gün 5 saat ərzində 3 alqoritmik məsələ həll edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

25 ölkənin qatıldığı Birinci Beynəlxalq Süni İntellekt Olimpiadasında iştirak edən hər iki şagirdimiz Ayxan Dəmirli və Fuad Qarayev gümüş medal qazanıblar. Elmi sınaqlardan keçmək üçün tələbələr xüsusi olaraq yaradılmış platformadan istifadə edərək süni intellekt metodları ilə problemlərin həllini tapan eksperimental testlər aparıblar.

2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb. Məktəblilər arasında ən nüfuzlu proqramlaşdırma müsabiqəsi olan Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimiz ümumilikdə 13 (https://stats.ioinformatics.org/results/AZE) medala layiq görülüblər ki, onların 8-i son 5 ildə əldə edilib.

“Azercell” milli komandamızı təbrik edir və ona davamlı uğurlar arzulayır!
 Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar - FOTO
 Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar - FOTO
 Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar - FOTO

Son xəbərlər

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31