MƏNƏ  BİR SEİR OXU,SÖZLƏR KÖNLÜMƏ AXSIN...
MƏNƏ BİR SEİR OXU,
SÖZLƏR KÖNLÜMƏ AXSIN.
Bəli, hər bir oxucunun şairindən istəyi budur, - "Mənə bir şeir oxu...!!!"

Bütün yaradıcı insanı həmişə bir duyğu düşündürür. Elə ona görə də istənilən şair, ruhuna höpan fikirləri, düşüncəsində nizama salaraq oxucusunu düşünərək yazır. Ona görədə şair, oxucusunun sevə biləcək, qəlbinə yol tapa biləcək şeir üçün bütün duyğularını şam kimi əridir. Burada fərq etməz. İstər sevgi şeiri olsun, istər vətənpərvərlik. Yaxşı şeir, daş qəlbli insanın da ruhuna qidadır.
Mənə bir seir oxu,
Nə fərqi yazan kimdi,

Bu bir həqiqətdir. İnsan, istənilən halında səsləndirilən ürəyəyatımlı şeirin sehrinə düşür, çox zaman müəllifinin kim olduğu ilə belə maraqlanmır, fərqinə varmır. Çünki, o, sözlərinin içində özünə rahatlıq tapır, qəlbi dincəlir.
Gör indi bu şeir doğmanın, əzizinin, sevdiyinin dilində səsləndirilə... , şair demişkən ;
- Sözləri deyən sənsən,
Səs ki sənin səsindi.

Şeir - ümumiyyətlə bir çox tədqiqatçının, bu sahənin peşəkarlarının gəldiyi nəticədə yanaşmasına görə, yaradıcı insan duyğusunun obrazlı deyim formasıdır. Təbiəti, sevgini duyduğu kimi təsəvvür edir, onu öz söz dünyasında rəngləyib, poetik çalarlarla salıb yazır. Məsələn, elə bu bəndlərdə olduğu kimi,
Mənə bir seir oxu,
Çiçəklərdən danışan.
Mənə bir şeir oxu,
Könüllərdə alışan.

Mənə bir seir oxu,
Başdan başa esq olsun.
Sənin səsinlə sevgi
Mənim qəlbimə dolsun .

Mənə bir seir oxu,
Fəsillərdən bəhs edən .
Mənə bir şeir oxu,
Yağış kimi rəqs edən.

Mənə bir şeir oxu,
İlk dinləyən mən olum.
Məni şeirinə toxu,
Ömür boyu şən olum.

Mənə bir şeir oxu,
Xatirələr oyansın.
Mənə bir şeir oxu,
Ömrüm nura boyansın.

Bu şairin, bir insan olaraq qəlb rahatlığı üçün, sevdiyi insandan, əzizindən bir gözəl istəyidir.
Bu istinad etdiyim misralar, "Ağsu Yazarlar" Ədəbi Birliyində, Mərziyə Sarvan təşəbbüsünün növbəti dəyərli qonağı, bütün gözəl insani keyfiyyətləri ilə seçilən, rəftarında, danışığında səmimiyyəti qoruyub saxlayan, gözəl yaradıcılığı ilə seçilən ziyalı şair Yadigar Təvəkgüldəndir.
TANIŞLIQ : Yadigar Təvəkgül
20.10.1980-ci ildə Kürdəmir rayonunun Yenikənd kəndində anadan olmuşdur.
Təhsilverəndir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Ağsu yazarlar Birliyinin üzvü
"Qızıl Qələm",
"Ziyadar" mükafatçısı,
"Aşıq Ələsgər - 200" medal mükafatçısı,
6 kitab,1 jurnal, 7 mahnı sözlərinin müəllifidir.
Aşıq Ələsgər ictimai birliyinin, Aşıq Pəri məclisinin üzvüdür
Ailəlidir.4 övladı,1 nəvəsi var.
Yadigar xanım haqqında danışmaq fürsətindən istifadə edərək, onun bir gözəl xüsusiyyətini, insani dəyərlərini bir daha qabartmaq niyyətində oldum.
Birlik paylaşmasında, kimsə səhvən bir xeyli paylaşmanı internet ayaqlarından istifadə edərək pozmuşdu. Həmin pozulan paylaşımlarda içində mənim növbəti kitabım üçün yazıb, sığınacaq yeri bildiyim qurup paylaşmalarında arasında saxlayırdım. Bu səhv nəticəsində çox narahat olub, gileyi i, narahatçılığımı birliyin dəyərli üzvlərinə bildirdim. Sağ olsunlar, Mərziyə xanım həmin yazını tapıb, mənim şəxsi səhifəmə göndərdi. Bu narahatçılığımı görüb Yadigar xanım, mənim üçün əlavə bir səhifə açıb, necə istifadə etmə yollarını izah edib həmin səhifəni mənə hədiyyə etdi. Bu təmənnasız kömək, o gündən mənim ona qarşı rəğbətimi artırdı. Sonralar eşitdim ki, birliyimizin ağsaqqal üzvü, gözəl insan, ömrünün çox hissəsini gənc nəslin təlim tərbiyəsinə həsr, qəhraman şəhid pilot uz Famil Məmmədovun atası Elman Məmmədovun səhhətində narahatçılığı eşidib, onu yoluxmaq üçün Kürdəmirdən Ağsuya gəlib, Elman müəllimi ziyarət edib, qonağı olub. İlin, günün bu vaxtında belə bir addım məni qəlbən sevindirmişdir. Özümün edə bilmədiyimi, Yadigar xanımın etməsi həmin günlər sevinc göz yaşlarıma səbəb olmuşdu. Qəlbimdən çox böyük ehtiramla süzülüb gələn, - "Allah köməyin olsun, Yadigar xanım" - kəlmələri ixtiyarsız dilimdən çıxmışdı. O gündən, bu insan həmişə adı gələndə minnətdarlıq hissim ona qarşı güclənir.
Yadigar xanım ictimai xadim kimi də, ölkənin inkişafında qanunverici orqanda olması üçün təmsil olunduğu YAP-dan deputatlığa namizədliyinin irəli sürülməsi mənim qəlbimdə başqa bir sevinc yaratdı. Ona, bu yolda uğurlar diləyib, yaradıcılığına diqqət ayırmaq istəyirəm...
Bəlkə də, deyərəm bütün şairlərin təxəyülünün gözəl nümunələrindən olan nakam məhəbbət mövzusu həmişə orjinallığı ilə seçilib. Gözəl ailə xanımı olan, nənəlik dövrünü sevə-sevə yaşayan Yadigar Təvəkgül yaradıcılığından nakam sevgiyə həsr olunmuş şeirindən bir yarpaq götürüb oxucuların ixtiyarına verirəm. Bu, mənimdə sevə-sevə dəfələrlə oxuduğum, "GÖNDƏRİM" şeirdi. Şair burda gözəl bir tapıntı ilə, Məhəbbətin doğum günün axtarır ki, ona qəmdən saray hədiyyə etsin. Axı o məhəbbət, həyatda nə qədər Leyli Məcnunlar yaradıb.
Məhəbbətin doğum günü haçandı,
Deyin ona qəmdən saray göndərim.

Ulduzları hicran səmasında dərib, hələ üstündə də şahid olaraq AY göndərim deyir.
Ulduzları dərib hicran göyündən,
Üstündə də şahid bir ay göndərim.

Bu cür gözəl təsvirdən sonra şair fikrini belə davam etdirir.
QAPISINDA BOYNU BÜKÜK qoyduğu,
DÖRD DİVARIN qırıb SÖKÜB oyduğu,
SEVGİSİNDƏN belə ERKƏN doyduğu,
Gözlərimdən İLLƏRİ SAY göndərim.

Şairin təsvirləri çox gözəl və təsirli olmaqla bərabər, nakəm məhəbbət yaşayanın həyat hekayəsidir elə bil.
Sinəm üstə açılmayan DÜYÜNDƏN,
Kədər qəmin tutduğu toy DÜYÜNDƏN,
Ondan qalan viran könül ÖYÜMDƏN,
Ümid adlı bir DƏMLİ ÇAY göndərim.

Bu şair ürəyində yaratdığı nakam sevgi tablosunu, böyük əksəriyyəti ürəyicə olan təbii təsvirlə verir.
Məhəbbətin doğum günü haçandı,
Bir səs etsin görüm sevda nə candı,
Gözləməkdən könül evim uçumdu,
HƏSRƏTİMDƏN ona mən PAY GÖNDƏRİM.

200 il sərsəm idalogiyanın əsrinə çevrilmiş bir millətin, havadarları sayəsində 30 il torpaqlarımızı əsarətdə saxlamasına sonda dözməyən oğulların hünərin misraya çevirən şair, "OĞULLARIN" şeirində, oxucusuna bu zəfər salnaməsini yazanları belə tərənnüm edir.
Vuqarini dağdan alar,
Buludlara kölgə salar,
Nərə cəkər, zəfər çalar,
Mərd qəhrəman oğulların.

Düşmənlərin bağrın əzər,
Başı uca,məğrur gəzər.
Sevən könülləri bəzər.
Mərd qəhrəman oğullarım.

Anaların güc qüdrəti,
Bacıların san şöhrəti,
İtirməzlər sədaqəti,
Mərd qəhrəman oğulların.

Yer titrəyər gərdisindən,
Dağ oynayar gülüşündən,
El sevinər gəlişindən,
Mərd qəhrəman oğulların.

Vətən üçün candan keçər,
Şərəf,namusa and içər,
Daim şərəfli yol seçər,
Mərd qəhrəman oğulların.

Məndə bu misraların ruhu altında, şair Yadigar Təvəkgülə yaradıcılıq uğurları arzulayıram.
MƏNƏ  BİR SEİR OXU,SÖZLƏR KÖNLÜMƏ AXSIN...

Böyük səmimiyyətlə,
Elxas Comərd
"İti Qələm" Respublika
Ədəbi Birliyinin və "Ağsu Yazarları
" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31