Putin polisin səlahiyyətlərini artıraraq ona qanun pozan əcnəbiləri ölkədən qovmaq hüququ verib
Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin bir sıra qanun pozuntularına görə xarici vətəndaşları məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüququ haqqında qanun imzalayıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə sənəd hüquqi informasiya portalında dərc olunub.

“Federal qanun layihəsi xarici vətəndaşların deportasiyası və inzibati qaydada qovulması mexanizmlərinin unifikasiyasına və onların ölkədən çıxarılması səlahiyyətlərinin daxili işlər orqanlarında (polis) cəmləşdirilməsinə yönəlib”, – qanunun şərhində qeyd olunub.

Sənədə əsasən, polis əməkdaşları qanunvericiliyə zidd olaraq inzibati xətalara, o cümlədən narkotik vasitələrin daşınmasına, ictimai yerlərdə spirtli içki qəbul etməsinə, habelə pedofiliya və qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etməyə, vicdan və dini azadlıq haqqında qanunvericiliyi pozmaqla missionerlik fəaliyyətinə görə xarici vətəndaşların ölkədən çıxarılması barədə müstəqil qərar qəbul edə bilər.

Qeyd olunub ki, yeni tədbirlər qanunun imzalanmasından 180 gün sonra qüvvəyə minəcək, buna qədər əcnəbilərin inzibati qaydada çıxarılması ilə bağlı qərarları yalnız hakimlər və sərhədçilər qəbul edə bilər.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, yeni rejim sənədlərinin müddəti bitmiş və ya ləğv edilmiş, yaxud qanun pozuntusuna yol vermiş miqrantlara şamil ediləcək: “Əcnəbilər xüsusi reyestrə salınacaq və onlar özləri yerləşdikləri yer haqqında polisə məlumat verməlidirlər”.

Xatırladaq ki, daha əvvəl 2024-cü ilin iyununda Dövlət Duması miqrasiya sahəsində nəzarəti gücləndirən qanun layihələri paketini təsdiqləmişdi.

Son xəbərlər

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31