Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib
İnsanlar daha sağlam həyat sürmək üçün fərdi vitamin və ya mineral əlavələr, multivitaminlərdən istifadə edirlər. Bu əlavələrin qiyməti isə bazarda on milyardlarla dollar dəyərində olduğu təxmin edilir. Yeni bir araşdırma multivitaminlərin ömrü uzatmadığını ortaya çıxarıb.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, multivitaminlərlə bağlı araşdırmalarda indiyədək müxtəlif nəticələr əldə edilib. Məsələn, bəzi araşdırmalar bu əlavələrin xərçəng, ürək və diabet kimi xəstəliklərin riskini artırdığını irəli sürmüşdü. Digər tərəfdən, başqa bir araşdırmada multivitaminlərin qocalıqda koqnitiv geriləməni ləngidə biləcəyi də iddia edilirdi.

ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları, “JAMA Network Open” jurnalında dərc olunan araşdırmada multivitaminlərin uzunömürlülük üzərində təsirini qiymətləndiriblər. Əvvəlki üç hərtərəfli araşdırmanın nəticələrini təhlil edən tədqiqatçılar, cəmi 390 min 124 yetkin insanın məlumatlarını araşdırıb. Ən azı 20 il izlənilən bu insanlar ümumiyyətlə Sağlam olublar. Tədqiqatçılar multivitaminlərin erkən ölüm riskini azaltdığına dair heç bir dəlil tapmayıblar. Onlar bildiriblər ki, bu cür əlavələr qəbul edən insanların təqib dövrünün ilk illərində ölüm riski 4 faiz yüksəkdir. Bu, multivitaminlərin zərərli olduğunu göstərsə də, qocalmış və ya sağlamlıq problemləri olan insanların əlavələr qəbul etməyə başlaması ilə də izah edilə bilər.

Araşdırmada iştirak etməyən professor Jade Cobern bildirib: “Bu araşdırma göstərir ki, ümumiyyətlə, multivitaminlər daha uzun ömürlərə səbəb olmur”.

Mütəxəssislər buna ehtiyacı olan insanların vitamin əlavələrini ayrıca qəbul etmələrinin zərərli olmadığını bildirirlər. Məsələn, dəmir və ya B vitamini çatışmazlığından əziyyət çəkən insanların onları əlavə olaraq qəbul etmələri yaxşıdır. J.Cobern diqqətə çatdırıb ki, əgər həkim vitamin təyin edirsə, o dərmanı qəbul etmək vacibdir.

Bununla belə, ekspertlər vurğulayırlar ki, ən vacib şey sağlam qidalanmadır. Tədqiqatda iştirak etməyən diyetoloq Duane Mellor isə bildirib ki, tək başına, məsləhətsiz qəbul edilən vitamin və mineral əlavələri qeyri-sağlam pəhrizi düzəldə bilməz, lakin insan qidadan onları almaqda çətinlik çəkirsə, onlar əsas qida maddələrini təmin edə bilər.

2023-cü ildə aparılan bir araşdırma, sağlam qidalanmanın insanın ömrünü 10 il uzada biləcəyini müəyyən edib. J.Cobern də buna oxşar təkliflər edərək bildirib: “Pəhrizimizə daha çox tərəvəz, tam taxıl və ya paxlalılar əlavə etməklə, qırmızı ət və spirt istehlakını azaltmaqla, oturaq zamanları azaltmaqla sağlamlığımıza fayda verə bilərik”.

Son xəbərlər

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31