Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb
Azərbaycanın daha iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında finala yüksəlib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kiloqramda yer alan sərbəst güləşçilər xalçaya çıxıblar.

Mübarizəyə 1/4 finaldan qoşulan Fəqan Fətiyev (45 kiloqram) türkiyəli Buğra Kavaka 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Fəqan sabah təsəlliverici görüşdə bolqarıstanlı Kamen İvanovla qarşılaşacaq.

Muhamməd İsmayılov (51 kiloqram) ukraynalı Roman Şevçenkoya (11:0), belaruslu Qleb Piatrova (6:2) və gürcüstanlı Mate Tsinadzeyə (3:0) qalib gələrək finala yüksəlib. Muhamməd qızıl medal uğrunda rusiyalı Ralan Şoqenovla mübarizə aparacaq.

Hüseyn İsmayılov (60 kiloqram) britaniyalı Danuş Jovkar (3:2), fransalı Alixan Kaxriyev (5:0) və türkiyəli Bilal İnce (3:0) üzərində qələbə qazanaraq adını finala yazdırıb. Hüseyn həlledici görüşdə rusiyalı İbrahimqadji Maqomedovla güləşəcək.

Qəzənfər Kazımlı (71 kiloqram) ermənistanlı Narek Hovannisyanla (14:1) italiyalı Qabriele Pavona (13:2) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda moldovalı Katalin Spinuya 0:11 hesabı ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qəzənfər sabah təsəlliverici görüşdə Deklan Blih (İrlandiya) – David Kodakov (İspaniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Fərhad Süleymanlı (92 kiloqram) polşalı David Rutkovskiyə (10:0) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda yunanıstanlı Nikolaos Karavanosa 4:6 hesabla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Fərhad sabah təsəlliverici görüşdə macarıstanlı Yussef Solimanla qarşılaşacaq.

Son xəbərlər

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31