Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya yığmaları arasındakı oyun başa çatıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Portuqaliya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 22-ci dəqiqədə Bernardo Silva açıb. Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olaraq fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 56-cı dəqiqədə Bruno Fernandeş müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Portuqaliya millisi 1/8 finala yüksəlib. Türkiyə isə 3 xalla ikinci pillədə qalıb.

Qrupun ilk oyununda Gürcüstan və Çexiya yığmaları 1:1 hesablı heç-heçə edib.

21:21

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasındakı oyunda üçüncü qol vurulub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, matçın 56-cı dəqiqəsində Kriştianu Ronaldonun ötürməsindən sonra Bruno Fernandeş topu türkiyəlilərin qapısından keçirib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

21:04

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk yarıdan sonra Portuqaliya seçməsi 2:0 hesabı ilə qalib gəlir.

Qeyd edək ki, görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:50



Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda birinci hissə başa çatıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, komandalar fasiləyə Portuqaliya seçməsinin 2:0 hesablı üstünlüyü ilə yollanıb.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:33

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda ikinci qol vurulub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşün 29-cu dəqiqəsində Türkiyə millisinin üzvü Samet Akaydın topu öz qapısına göndərib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:25

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Portuqaliya seçməsinin heyətində Bernardo Silva 22-ci dəqiqədə fərqlənib.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.

20:00

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələn Türkiyə və Portuqaliya yığmaları arasında oyun başlayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü almaniyalı baş hakim Feliks Şvayer idarə edir.
Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

Son xəbərlər

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31