Tükənən gücümüz – İtirilmiş həvəsimizi necə QAYTARAQ?


Son günlər bir çox insan yorğunluqdan, həvəssizilikdən şikayətlənir. Bu həvəssizliyin fonunda insanların həyata olan marağı azalır. Sanki qəribə bir bədbinlik vücudumuza çökür.

Maraqlıdır bu bədbinliyin, yorğunluğun “yaz depressiyası” ilə əlaqəsi varmı?

Klinik psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. Psixoloq qeyd edib ki, “yaz depressiyası”nı anlamaq üçün ilk növbədə depressiya konseptini başa düşməliyik:

“Depressiya əhval-ruhiyyənin aşağı olması, əzginlik, yorğunluq, ümidsizlik halı ilə müşahidə olunan və uzun müddət sürən bir psixoloji narahatlıqdır. Depressiya zamanı insanın enerjisi aşağı olur, əvvəl zövq aldığı şeylərdən indi zövq almır və özünü tükənmiş hiss edir. Depressiyanın olma səbəbini isə qısa şəkildə belə izah edə bilərik. Hansısa səbəblərdən beyində bəzi şeylər düz getməməyə başlayır.

Depressiya həyatın pis olması, ya da insanın yaşadıqları ilə bağlı deyil. Buna görə də depressiyada olan insanın özü və həyatı haqqındakı düşüncələri doğru olmur. Şəxs həyatın pis tərəflərini şişirib yaxşı tərəflərini görməzdən gəlir. Yəni depressiya həyatda nələrinsə yolunda getməməsi ilə bağlı deyil, beyində nələrinsə doğru getməməyi ilə əlaqədardır.

Elə bunun ən yaxşı nümunəsi də “yaz depressiyası”dır. Hər şey yolunda gedərkən birdən insan özünü pis etməyə başlayır, qaranlıq düşüncələrə dalır, gələcəyə ümidsiz baxır. Nə baş verdi? Nə dəyişdi? Sadəcə, yaz gəldi”.

O, sözlərinə belə davam edib:

“Yazın gəlişi ilə əlaqədar olaraq günün uzunluğu dəyişir. Günün işıqlı vaxtının uzanması insanların əvvəlkinə nisbətən daha hərəkətli olmasına və nisbətən daha gec yatmalarına səbəb olur. Bununla yuxu rejimi də dəyişir. Yuxu rejiminin dəyişməsi bədəndə iki şeyə təsir edir. Bioloji saatın pozulmasına və melatonin hormonunun balansının pozulmasına... Burada xüsusilə melatonin hormonu önəmlidir, çünki, bu hormon yatan zaman ifraz olunub, yuxunun keyfiyyətinə və növbəti gündə insanın özünü dincəlmiş hiss etməsinə müsbət təsir göstərir. Melatonin balansının pozulması yuxulu və yorğun olmaq mənasına gəlir.

Yorğun olan insanın aydın məsələdir ki, nələrisə etməyə enerjisi qalmayacaq və o, əvvəlki qədər zövq almamağa başlayacaq. Artıq bu zaman “xeyirli olsun”, əlimizdə “nur topu” kimi bir depressiya var. Eyni zamanda yayda insanlar daha az yemək yeməyə başlayırlar.

Bu da bədəndə maddələr mübadiləsinin pozulmasından tutmuş, serotonin səviyyəsinin azalmasına qədər hər şeyə təsir edir.

Xüsusilə, serotonin bir çox insanın “xoşbəxtlik hormone” dediyi bir maddədir. Əslində, bu ifadə doğru deyil. Çünki serotonin hormon yox, neyrotransmitterdi və xoşbəxtlik sadəcə serotoninlə bağlı deyil. Amma serotonin əskikliyi depressiyanın yaranmasının əsas səbəblərindən hesab edilir.

Yaz depressiyasından qaçmaq üçün gün ərzində fiziki aktiv olmaq, qida və yuxu rejiminə diqqət etmək lazımdır”.

Bizim.Media

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31