Türkiyə Prezidentinin bir sıra dövlət və hökumət başçısı ilə telefon danışığı olub
Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Pakistanın Baş naziri Şahbaz Şərif, Omanın Sultanı Heytəm bin Tariq Al Səid, İraqın Prezidenti Əbdüllətif Camal Rəşid və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə telefon danışıqları olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Prezident İlham Əliyev danışıq zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra Prezident Ərdoğanın Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı olub. Söhbət zamanı Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Pakistanda baş verən son terror aktlarında həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı diləyib. O, Pakistanın dövlət təcrübəsi ilə bu çətin dövrdən də çıxacağına inamını ifadə edib.

Omanın Sultanı Heytəm bin Tariq Al Səid ilə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı İsrail-Fələstin qarşıdurması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti İsrail ilə Fələstin arasında təcili atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımların lazımi miqdarda çatdırılması istiqamətində səylərin artaraq davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra Türkiyə dövlətinin başçısı ilə İraqın Prezidenti Əbdüllətif Camal Rəşid arasında telefon danışığı olub. İki lider Türkiyə ilə İraq arasındakı əlaqələr, terrorla mübarizə, İnkişaf Yolu Layihəsi və regional məsələləri müzakirə ediblər.

Daha bir telefon danışığı Türkiyə Prezidenti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında baş tutub. Söhbət zamanı qlobal və regional məsələlər, həmçinin Türkiyə ilə Özbəkistan arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan iki ölkə arasındakı əlaqələrin nümunəvi xarakter daşıdığını və qarşıdakı dövrdə bu münasibətləri daha da dərinləşdirəcək addımlar atmaqda qərarlı olduğunu bildirib.

Türkiyə Prezidenti həmsöhbətlərini Ramazan bayramı münasibətilə təbrik edib, xalqlara firavanlıq arzularını çatdırıb.

Son xəbərlər

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Azərbaycan XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalında təmsil olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31