Azərbaycanda yeni hava limanının tikintisi iqtisadiyyatımıza necə təsir edəcək?
2026-cı ilin birinci rübünə kimi Ələt Azad İqtisadi Zonasında yeni hava limanının fəaliyyətə başlayacağı gözlənilir.

Müasir standartlara cavab verən beynəlxalq karqo hava limanının inşası üzrə işlərə artıq başlanılıb.

Yeni hava limanı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Deputat Vüqar Bayramlı Oxu.Az-a açıqlamasında bildirib ki, Bakı şəhərinin yaxınlığında yeni hava limanının tikilməsi Ələt Azad İqtisadi Zonasının daha səmərəli şəkildə istifadəyə verilməsi ilə bağlıdır:

"Ələt Azad İqtisadi Zonası kimi məkan digər ölkələrdə də var. Burada əsas məqsəd investorların istehsal etdikləri məhsulları xarici bazara çıxartmaq, həmçinin zonaya texnologiya və xam malın daha asan şəkildə gətirilməsini təmin etməkdir. Yeni hava imanının inşası buradakı potensiyalı daha da artıracaq, qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək".

Deputat bildirib ki, Ələt Azad İqtisadi Zonası haqqında ayrıca qanun var:

"Burada hasilatın pay bölgüsü ayrı qanunla tənzimlənir ki, bu da yerli və xarici investorlara ciddi bir mesajdır. Bu, sərmayənin cəlb edilməsi üçün yeni bir alətdir. Yeni hava limanının inşası beynəlxalq standartlara uyğun olacaq.

Zona Azərbaycan iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafına xüsusi töhfə verəcək. Eyni zamanda, Ələt Azad İqtisadi Zonaya çoxlu investorların, sərmayələrin cəlb edilməsi yeni iş yerinin yaradılması deməkdir".

Qeyd edək ki, hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Hava limanı ilk növbədə azad iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək.

Xatırladaq ki, Ələt Azad İqtisadi Zonası üçün Bakı Beynəlxalq Dəniz Limanı yaxınlığında 719 hektar torpaq sahəsi ayrılıb.


Sonxeber.az

Son xəbərlər

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31