Azərbaycanın xarici işlər naziri Antalyada mediaya açıqlama verib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən III Antalya Diplomatiya Forumu çərçivəsində mediaya açıqlama verib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Antalya Diplomatiya Forumuna hər il marağın daha da artdığını qeyd edən nazir bildirib: “İştirakçı sayı, panel müzakirələri, dünya mediasında işıqlandırılması baxımından bu platforma Türkiyə diplomatiyasının dünyada artan nüfuzunun əhəmiyyətli göstəricilərindən biridir. Təbii ki, bu, Azərbaycan olaraq bizi qürurlandırır və sevindirir”.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan bu forumda geniş heyətlə həm panel müzakirələrində iştirak etdi, həm də digər ölkələrin xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri olan 20-yə yaxın dövlət nümayəndəsi ilə görüşlər keçirmək imkanı əldə etdi.

Azərbaycanın XİN rəhbəri dəvət və tədbirin təşkili üçün Türkiyənin xarici işlər naziri Hakan Fidana və forumun təşkilində əməyi keçən hər kəsə həm təbriklərini çatdırdı, həm də təşəkkürünü ifadə etdi.

Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma prosesinə toxunan nazir deyib: “Fevralın 28 və 29-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində görüşərək sülh müqaviləsi ilə bağlı danışıqları davam etdiriblər. Bundan əvvəlki yeddi ay ərzində bu danışıqlar fiziki olaraq keçirilməyib. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var və son zamanlar bu istiqamətdə yüksək dinamikanı qeyd etmək olar”.

Nazir son ikigünlük müzakirələri ümumilikdə faydalı hesab edib: “Həmin iki gün tərəflərin razılaşdırılmayan, açıq qalan yanaşmalarının müzakirəsinə həsr olunub. Hər iki tərəf qarşılıqlı olaraq öz yanaşmasını ifadə edib və bunun ətrafında müzakirələr aparılıb. Konkret tarix olmadan təmasların davamı ilə bağlı razılıq əldə edilib”.

Rəsmi Bakının Ermənistandan gözləntiləri ilə bağlı sualı cavablandıran nazir deyib ki, bu gözləntilər məsələnin tam hüquqa əsasən həlli, yalnız sözdə deyil, real olaraq, sənəd və qanunlara istinadən, qarşılıqlı ərazi bütövlüyünün tanınması şərti ilə sülh müqaviləsinin razılaşdırılması və qəbul edilməsidir.

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31