Hakan Fidan: Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını arzu edirik
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Ermənistan arasında tarixi sülh imkanı daha da güclənib. İki ölkə arasında etimadı artıran konkret addımların atılması qərarını alqışlayır, sülh sazişinin tezliklə imzalanmasını arzu edirik.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı ifadə edib.

Hakan Fidan deyib: “Biz, qardaş Azərbaycanla müttəfiqlik səviyyəsinə qaldırdığımız münasibətlərimizi hər sahədə daha da inkişaf etdiririk. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və dirçəldilməsinə dəstək veririk”.

Türkiyə ilə Ermənistan arasında başladılan normallaşma prosesini regional hadisələri nəzərə alaraq, Azərbaycanla sıx koordinasiya olunaraq davam etdirəcəklərini bir daha vurğulayan Hakan Fidan deyib: “Bəzi üçüncü ölkələrin 1915-ci il hadisələri ilə bağlı əsassız iddiaları qızışdırıb yenidən gündəmə gətirməsi normallaşma prosesini baltalayır. Bu ölkələr Ermənistana yaxşılıq etmir. Cənubi Qafqazda Azərbaycanla birlikdə təşəbbüsçüsü olduğumuz 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində ilk dəfə Tehranda xarici işlər nazirləri səviyyəsində görüş keçirildi. Növbəti iclas 2024-cü ildə Türkiyədə keçiriləcək. İran Prezidenti Seyid İbrahim Rəisi bu yaxınlarda Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası münasibətilə ölkəmizə səfər edəcək”.

“Prezidentimizin səyləri ilə inkişaf edən Türk Dövlətləri Təşkilatının dünya miqyasında təsiri getdikcə artır. Biz bu təşkilatı təhlükəsizlikdən iqtisadiyyata qədər hər sahədə hərtərəfli inteqrasiya modelinə çevirməyi hədəfləyirik.

Biz həmçinin Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistanla bütün sahələrdə ikitərəfli əlaqələrimizi daha da inkişaf etdiririk. Digər tərəfdən, regional əlaqəni gücləndirmək səylərimiz çərçivəsində Şərq-Qərb Dəhlizini effektiv marşruta çevirməyi hədəfləyirik. Azərbaycan və Türkmənistan təbii qazının ölkəmiz vasitəsilə Avropaya nəql edəcək layihələrin hazırlanması istiqamətində işimizi davam etdiririk. Bolqarıstan, Macarıstan və Rumıniya ilə imzaladığımız təbii qaz tədarükü sazişləri Avropanın enerji təchizatı təhlükəsizliyinə verdiyimiz töhfələrin digər konkret nümunələridir”,-deyə nazir bildirib.

Son xəbərlər

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31