Ceyhun Bayramov Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri ilə görüşüb
Noyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri, habelə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Serbiya arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə və dünyada mövcud vəziyyət müzakirə olunub.

Səfər müddətində göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən nazir Ceyhun Bayramov, Serbiyaya rəsmi səfərindən məmnunluq duyduğunu qeyd edib. Nazir Ceyhun Bayramov bundan öncə Serbiyanın xarici işlər naziri kimi çalışan həmkarının 2021-ci ildə ölkəmizə səfərini və keçirilmiş görüşləri xatırlayaraq, bu kimi sıx təmasların iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında müstəsna rol oynadığını qeyd edib.

Azərbaycan və Serbiya arasında müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, humanitar və s. sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin inkişafında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsindən bəhs olunub. Bu istiqamətdə ötən il iki ölkənin müxtəlif dövlət qurumları arasında bir sıra sənədlərin imzalanmasının təqdirəlayiq olduğu vurğulanıb.

Qarşı tərəf, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.

Nazir Nikola Selakoviç, Azərbaycan və Serbiya arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında səylərinə görə həmkarına təşəkkür edib, əlaqələrin daha da genişləndirilməsinə daim töhfə verməyə hazır olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Təkcə boyunbağısının qiyməti 50 milyon dollardır - Fotolar

İki Vətənin Arasında – xatirələrim, yolum və mən - FOTO

ƏZİZƏ AGAHÜSEYNQIZI : ATA YURDUM BEYLƏQANIM - FOTO

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

Qaradağda yük maşını aşıb

Premyer Liqada I tura bu gün yekun vurulacaq

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31