İranda üç günlük matəm elan edilib
İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.
Xamenei Qasım Süleymani və Mehdi Əl-Mühəndisin yaxınlarına başsağlığı verib.

“İran xalqı Qasım Süleymani və onunla birlikdə şəhid olan Əbu Mehdi Əl-Mühəndisin xatirəsini həmişə əziz tutacaq. Ölkədə 3 gün matəm elan edirəm”, - deyə Xamenei vurğulayıb.

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. (APA)

***

Bu arada İran generalı Qasım Süleymaninin öldürülməsi İraqda əhalinin müəyyən kəsimi tərəfindən şadyanalıqla qarşılanıb. Az əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo öz Tvitter hesabında məlumat yaymışdı ki, İraq xalqı Süleymaninin öldürülməsini bayram edir.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı general-mayor Q.Sülremani İranın İraqda himayə etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndislə görüşü zamanı ABŞ qüvvələrinin hava zərbəsi nəticəsində öldürülüb.

Bizimyol.info-nun verdiyi xəbərə görə, əvvəlcə güman edilirdi ki, ABŞ-ın hədəfi əl-Mühəndis olub və İran generalı təsadüfən həlak olub. Amma ABŞ Müdafiə Nazirliyinin son açıqlaması əslində əsas hədəfin elə Süleymani olduğunu təsdiqləyib.

Pentaqonun açıqlamasında isə bildirilir ki, Süleymani və əl-Mühəndisi hədəfə alan hava hücumunun əmrini şəxsən Donald Tramp özü verib. Hücumun məqsədi ABŞ qüvvələrinə qarşı təhlükənin önlənməsi olub. Güman edilir ki, görüş zamanı koalisiya qüvvələrinə qarşı yeni hücumların planları müzakirə edilirmiş. Süleymani İranın İraqdakı ən qüdrətli adamı hesab edilirdi.

Süleymani və əl-Mühəndis ABŞ və koalisiya ölkələrinin İraqdakı bazalarına qarşı hücumların təşkilatçıları kimi tanınırlar. Hücumlar zamanı koalisiya qüvvələri ilə yanaşı İraq hərbi qüvvələrinin üzvləri də həyatlarını itiriblər.

Son xəbərlər

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31