Hakan Fidan: İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı şübhə doğurur
Türkiyənin xarici işlər naziri Hakan Fidan iordaniyalı həmkarı Eymən əs-Safadi ilə Ankarada keçirdiyi mətbuat konfransında İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı məsələsinin daha çox şübhə doğurduğunu söyləyib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, türkiyəli nazir deyib: “Mübarək Qurban bayramının ilk günündə Stokholmda müqəddəs kitabımız “Qurani-Kərim”ə edilən alçaqcasına hücumu və bütün xəbərdarlıqlarımıza rəğmən bu mənfur hərəkətə göz yumulmasını bir daha qətiyyətlə qınayırıq”. H.Fidan İƏT-in bununla bağlı fövqəladə iclas keçirdiyini xatırladaraq bildirib ki, bu məsələni İordaniyalı həmkarı ilə də müzakirə edib. O əlavə edib ki, Türkiyə bu cür əməllərə ən ciddi şəkildə etiraz etməkdə davam edəcək. Türkiyəli nazir vurğulayıb: “Ciddi tədbirlər görülməyəcəyi təqdirdə bu, nə ilk, nə də son hadisə olacaq. Xüsusən, İsveçdə bu cür hərəkətlərin dövlət mühafizəsi və polisin nəzarəti altında edilməsi çox düşündürücü haldır. İsveçin NATO-a üzvlüyünün müzakirə edildiyi günlərdə bu ölkənin təxribatların qarşısını almağa qadir olmadığı və NATO-ya daha çox güc deyil, əksinə, problem gətirəcəyi həqiqətinin məlum olması baxımından bu məsələ həm strateji, həm də təhlükəsizlik nöqteyi-nəzərindən bizi düşünməyə vadar edir”.

Ankara ilə Qahirə arasında səfirlər səviyyəsində diplomatik əlaqələrin tam bərpasına münasibət bildirən H.Fidan qeyd edib ki, Türkiyə və Misir regionda iki güclü qardaş ölkələrdir. Tarixi, coğrafi, mədəni, dini və strateji mövqeyi baxımından bu iki mühüm dövlətin bir-birindən ayrı qalmaq kimi seçimləri yoxdur.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31