Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Bərdə rayon təşkilatı mayın 5-də rayon Mədəniyyət Mərkəzində “Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini, rayon Şəhidlər xiyabanını, mülki şəhidlərin xatirəsinə salınmış Xatirə lövhəsini ziyarət ediblər.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgiyə baxış olub.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbiri açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev fenomenal şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər respublikamızın yüksəliş illəridir. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq daim özünü göstərib. Ulu Öndər Azərbaycan dövlətini tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb. Bu məsuliyyətli işin öhdəsindən isə müdrik siyasəti ilə gəlib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olub.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli vurğulayıb ki, Ulu Öndər əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməklə, Zəfərə aparan yolun əsasını qoyub. Sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə yeni Azərbaycanın parlaq gələcəyi inşa edilib.

Çıxış edən Prezident təqaüdçüsü Tərlan Musayeva, Kiyev Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun professoru, hüquq elmləri doktoru Arif Quliyev, təqaüdçü Nizami Quliyev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıblar.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR
Xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi - FOTOLAR

Son xəbərlər

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31