Taekvondoçumuz Rumıniyada qızıl medal və Avropa Oyunlarına lisenziya qazanıb
Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürüb. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, millimizin üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinalda gürcüstanlı Data Axaladzeni 2:0 hesabı ilə məğlub edib. O, finalda ukraynalı Maksim Manekova da gücünü göstərib. Yenə 2:0 hesabı ilə qalib gələn Səyyad həm qızıl medala, həm də “Krakov-2023”-ə lisenziyaya sahib olub.

Xanoğlan Kərimov (63 kiloqram) isə bürünc medalla kifayətlənib. Təmsilçimiz moldovalı Alin Manolu yarışdan kənarlaşdırsa da (2:0), yarımfinalda Kristian Borgenə (Norveç, 0:2) uduzub və üçüncü yeri tutub.

Turnirdə sabah Həmidreza Bədriəliabadi (+87 kiloqram) qüvvəsini sınayacaq. Yarışda hər çəki dərəcəsinin qalibi “Krakov-2023”-də iştirak hüququ qazanır.

Qeyd edək ki, Dadaşov Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına vəsiqəni təmin edən 8-ci taekvondoçumuz olub. Ona qədər Qaşım Maqomedov (58 kiloqram), Cavad Ağayev (68 kiloqram), Eltac Qafarov (74 kiloqram), Taleh Süleymanov (87 kiloqram), Minayə Əkbərova (46 kiloqram), Patimat Abakarova (49 kiloqram) və Fəridə Əzizova (67 kiloqram) “Krakov-2023”-də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.

Son xəbərlər

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31