Yunan-Roma güləşçilərimiz İstanbulda beynəlxalq turnirin ilk günündə bir dəst medal qazanıblar
Fevralın 24-də İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri start götürüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin birinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 87, 97 və 130 kiloqram çəki dərəcələrində mübarizə baş tutub.

A qrupunda yer alan İbrahim Nurullayev (55 kq) ilk 2 görüşdə Qazaxıstan və Türkiyə güləşçilərinə qalib gəlib. Ancaq sonuncu turda daha bir yerli idmançı ilə qarşılaşan İ.Nurullayev rəqibinə məğlub olaraq yarımfinala yüksələ bilməyib.

Turnirdə 60 kiloqram çəki dərəcəsində gücünü sınayan Eldəniz Əzizli startda Özbəkistan güləşçisinə qalib gəlib. Ancaq dörddəbir finalda Türkiyədən olan rəqibi ilə görüşdə zədələnib. Dünya və Avropa çempionumuzun bu zədəsi üçüncü yer uğrunda görüşdə də özünü göstərib və güləşçimiz hindistanlı rəqibi ilə qarşılaşmanı sonadək davam etdirə bilməyib.

Taleh Məmmədov (63 kq) ilk görüşdə özbəkistanlı rəqibinə məğlub olub. Ancaq təsəlliverici görüşdə Türkiyə pəhləvanından üstün olub. Qırğızıstan güləşçisini vaxtından əvvəl xalçadan məyus yola salan təmsilçimiz bürünc medala sahib olub.

Namaz Rüstəmov (67 kq) debütdə Qazaxıstan təmsilçisinə uduzub.

İslam Abbasov (87 kq) yarışa inamlı start verib. Özbəkistan və Qazaxıstan güləşçilərinə tam üstünlüklə qalib gələn həmyerlimiz yarımfinalda Türkiyə idmançısını da yenərək finala yüksəlib. Həlledici görüşdə son dünya və Avropa çempionu, Tokio Olimpiadasının bürünc medalçısı Zurab Datunaşviliylə (Gürcüstan) münasibətləri aydınlaşdıran İ.Abbasov əzmkarlıq nümayiş etdirib. Güləşçimiz son saniyələrdə qazandığı xallarla turnirin qalibi olub.

Turnirdə 97 kiloqram çəki dərəcəsində millimizin iki üzvü çıxış edib. Arif Niftullayev səkkizdəbir finalda Türkiyə güləşçisinə məğlub olub. Bu mərhələdə Avstriyadan həmkarını mübarizədən kənarlaşdıran Murad Lokyayev isə dörddəbir finalda Norveç idmançısı ilə bacarmayıb.

Güləşçimiz Beka Kandelaki (130 kq) yarışa Yunanıstan təmsilçisi üzərində inamlı qələbə ilə start verib. Daha sonra Polşa idmançısını minimal fərqlə üstələyərək yarımfinala adlayıb. Olimpiadanın üçqat mükafatçısı, dördqat dünya və doqquzqat Avropa çempionu türkiyəli Rza Kayaalpla qarşılaşma maraqlı mübarizə şəraitində keçib. Türkiyə güləş tarixinin ən titullu idmançılarından biriylə görüşdə hesabda geridə olan təmsilçimiz uğurlu fənd həyata keçirərək "tuşe" ilə qalib gəlib və finala vəsiqə qazanıb. Həlledici görüşdə Türkiyənin digər təmsilçisi Osman Yıldırıma məğlub olan B.Kandelaki gümüş medalla kifayətlənib.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz ilk yarış gününü bir dəst medalla başa vurub.

Son xəbərlər

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31