Beynəlxalq hüquq baxımından bizə aid olan Qərbi Azərbaycan torpaqlarında yaşamaq hüququmuzu bütün dünyaya çatdırmalıyıq
Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq hakimiyyətindən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. 1988-ci ildə alovlanan Qarabağ münaqişəsinin ilk acısı da Qərbi Azərbaycanda yaşandı: 300 min nəfərə yaxın soydaşımız dədə-baba torpaqlarından vəhşicəsinə qovuldu. Az sonra 20 faiz suveren ərazilərimizin – Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğal olunması və bir milyon nəfərə yaxın soydaşımızın məcburi köçkün düşməsi Qərbi Azərbaycan məsələsini bir qədər arxa plana keçirdi.
Bütövlükdə Qərbi Azərbaycanda 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarılmış, qovulmuş, bir çoxları öldürülmüşdür. Sonuncu kənd Nüvədi kəndi 1991-ci ilin avqustunda deportasiyaya məruz qalmışdır.
Ölkə başçısı cənab İlham Əliyevin cari ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı qeyd etmişdir: “Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Artıq bu istiqamətdə işlər başlamışdır. Əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Ölkə rəhbərinin görüş zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb. Dövlət başçısı bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin vacib olduğunu da bildirdi. Azərbayacan Prezidentinin bəyan etdiyi bu fikirlər xalqımızın Qarabağ zəfərindən sonra qarşımızda duran ümummilli vəzifənin siyasi-konseptual əsaslarıdır.
44 günlük Vətən müharibəsi bizə Azərbaycanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Bu reallıq 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu.
Şübhəsiz ki, hər şeydən öncə, biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarının düşmənlərin təzyiqi ilə ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda yaşamaq hüququmuzu bütün dünyaya çatdırmalıyıq. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Fərmayılov Anar Hümbət oğlu
ADPU-nun İncəsənət və fiziki tərbiyyə fakültəsinin dekanı



Son xəbərlər

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31