Ceyhun Bayramov “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edib
Noyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov çıxışında aşağıdakı fikirləri səsləndirib:

∙Beynəlxalq münasibətlər sistemi ciddi transformasiya mərhələsindədir. Sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq üçün geosiyasi rəqabət mentaliteti əvəzinə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinə köklənmək vacibdir.

∙44 günlük Vətən müharibəsindən sonra postmünaqişə dövründə regionda bir sıra çağırışların mövcudluğuna baxmayaraq, əməkdaşlıq və dayanıqlı sülhün bərqərar edilməsi üçün yeni imkanlar yaranıb.

∙Azərbaycan 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, sülh gündəliyinin irəli aparılması üçün mühüm addımlar atır. Lakin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, davamlı təxribatlar törətməsi prosesə xələl gətirir.

∙ Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır. Bu istiqamətdə görülən işlərə maneə törədən ən mühüm amillərdən biri mövcud mina təhlükəsidir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan ərazilərində müxtəlif hərbi fəaliyyətləri, o cümlədən minaların yerləşdirilməsini davam etdirir. Ermənistana təzyiq göstərilməsi və problemin öz həllini tapması istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyinə ciddi ehtiyac var.

∙ Hazırda bölgədə və dünyada baş verən hadisələr mövcud çağırışlarla mübarizədə əməkdaşlığın artırılmasının zəruriliyini sübuta yetirir. Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyunca əsas tranzit ölkələrdən biri kimi, tədarük zəncirinin pozulması riski yaratmağa davam edən hadisələr fonunda tranzit əməliyyatlarının təhlükəsizliyini və etibarlılığını təmin etmək Azərbaycanın əsas prioritetlərindəndir.

∙ Bağlantıların gücləndirilməsinin əsaslarından biri kimi enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. 2022-ci il iyulun 18-də Azərbaycan və Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən enerji infrastrukturunun modernləşdirilməsini, alternativ enerji mənbələrinin inkişafında əməkdaşlığın genişləndirilməsini ehtiva edir. Elektrik enerjisi istehsalı sahəsində səylərin gücləndirilməsi də prioritet istiqamətlər sırasındadır.

∙ Regional kommunikasiyanın gücləndirilməsi baxımından müxtəlif üçtərəfli formatlar bölgədəki əlaqələrin genişləndirilməsinə və mövcud ziddiyyətlərin aradan qaldırılmasına kömək göstərir, qarşılıqlı maraqlara əsaslanan strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm mərhələ rolunu oynayır.

∙ Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atır. Bu xüsusda, Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir. Bu, bölgənin tam potensialından istifadəyə, həm də sülh quruculuğu prosesinə mühüm töhfə verə bilər.

Nazir Ceyhun Bayramov daha sonra, konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Noyabrın 26-dək Bakı və Ağdamda davam edəcək tədbirdə, Türkiyə, ABŞ, Belçika, Birləşmiş Krallıq, Bolqarıstan, Kanada, Misir, Fransa, Gürcüstan, İsrail, İtaliya, İsveçrə, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Ceyhun Bayramov “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edib
Ceyhun Bayramov “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edib

Son xəbərlər

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

Pakistanda xəstəxanada yanğın olub, azı 15 körpə ölüb

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən ili mənfəətlə başa vurub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31