Xəbərlər
16.11.2022, 19:38
Nadir Adilov: Elektron mediasiya prosesləri üzrə Ali Məhkəmə ilə sıx təmasdayıq
Mütərəqqi bir haldır ki, biz elektron mediasiya prosesləri üzrə də Ali Məhkəmə ilə çox sıx təmasdayıq. Qurmaq istədiyimiz E-mediasiya proseslərinin də Ali Məhkəmədə dəfələrlə müzakirəsi zamanı biz məhkəmə mütəxəssislərinin çox ciddi məsləhət, dəstək və tövsiyələrini almışıq.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mətbuata açıqlamasında deyib.
Hazırda bu məsələlərin üzərində çalışdıqlarını qeyd edən Nadir Adilov deyib: "E-mediasiya prosesləri qaçılmaz və danılmazdır və inanıram ki, bu istiqamətdə ciddi nəticələrə nail olacağıq.
Eyni zamanda müvafiq məhkəmə instansiyaları ilə fəaliyyətimizin əlaqələndirilməsində, daha yaxşı təcrübələrin öyrənilməsində Ali Məhkəmə bizə yaxından dəstək verir. Ona görə də fürsətdən istifadə edib, Ali Məhkəmənin rəhbərliyini və bütün kollektivini Mediasiya Şurası adından 100 ilik yubiley münasibətilə təbrik edir və bizə göstərdikləri dəstəyə görə hər birinə xüsusi təşəkkür edirəm”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay