“Ukraynaya atom bombası atılsa bu, Azərbaycan üçün…”— AÇIQLAMA
Vladimir Putin Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirməsi müzakirələrə səbəb olub. Bu, Rusiya Prezidentinin Ukraynada kiçik “taktiki” nüvə silahının mümkün istifadəsi ilə bağlı dünya boyunca ciddi narahatlığa səbəb olub.

Bəs görəsən, Putinin bu silahdan istifadə etməsi Azərbaycana nə kimi təsirlər göstərə bilər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış ekoloq, “Biosfer” İctimai Birlyinin sədri Qorxmaz İbrahimli bildirib ki, əgər Putin geniş miqyaslı nüvə silahından istifadə edərsə, bu Azərbaycana da təsirsiz ötüşməyəcək:

“Bilirsiniz, Putinin nüvə silahını işlətməsi ehtimalı çoxdur, çünki o adam artıq manyaklaşıb. O insanlıqdan çıxsa, hər şeyə gedə bilər. Hətta insanlığı məhv etmək üçün kütləvi qırğın silahlarından da istifadə edə bilər. O bunu dəfələrlə göstərib və Stalin, Hitler metodu ilə yaşadığı, o düşüncədə olduğu üçün hər şey edə bilər. Ümid edək ki, Ukraynada bu olmaz.
Nüvə silahları taktiki silahlar olduğuna görə başlıqların radiasiyası çox yayılmır. Amma Putin daha geniş miqyaslı nüvə silahından istifadə edərsə, təbii ki, bu Güney Qafqazın Azərbaycan da daxil olmaqla bütün ölkələrinə təsir edəcək.

Müharibə özü-özlüyündə ekologiyaya böyük zərbədir və atıldığı ərazidə də radiasiya yayır və o arealda olan bütün canlıları qıra bilər”.

Ekoloq Telman Zeynalovun sözlərinə görə isə Rusiyanın Ukraynaya atacağı nüvə silahı Azərbaycana ciddi təsir göstərə bilməz:

“Əgər Putin nüvə silahından istifadə edərsə, bu ətraf mühiti ciddi şəkildə çirkləndirəcək, insanlarda xərçəng xəstəliyi yaradacaq, təbiətin böyük hissəsi məhv olacaq.
Nüvə silahının vurduğu zərərlər qısa müddətdə aradan qalxmır, bunun üçün 60-70 il vaxt tələb olunur. Amma Ukraynaya atılan nüvə silahı Azərbaycana təsir etməyəcək. Ukrayna ilə Azərbaycan arasındakı məsafə 1000 kilometrdən çoxdur, ona görə bizə ciddi təsir etməyəcək.

İkincisi, Putinin bugünkü çıxışı mənə elə gəlir ki, Amerikaya xəbərdarlıq idi. Çünki onların sifarişi ilə Ukrayna körpünü partlatdı, terror aktı törətdi”

AZİNFORM.AZ

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31