Qərb Rusiyanı BELƏ VURACAQ: Hədəflər açıqlandı, Rusiyanın "zəif nöqtə"si bəlli oldu
ABŞ Rusiyaya "nüvə hücumun fəlakətli nəticələr verəcəyi" barədə xüsusi xəbərdarlıq edib. Ağ Evin bəhs etdiyi fəlakətli nəticələr nələrdir? Rusiya nüvə hücumu əmri verəndə Qərbin cavabı necə olacaq? Maraqlı proqnozlar...
Rusiya prezidenti Vladimir Putinin ölkəsində qismən səfərbərlik elan edərkən üstüörtülü şəkildə nüvə təhlükəsinə də işarə etməsi Rusiya ilə Qərb arasında gərginliyi artırıb. Avropa Birliyi, NATO və bir çox Avropa ölkələri Putinin təhdidini ciddi qəbul etdiklərini bildirsə də, ABŞ prezidenti Cozef Bayden BMT tribunasından Rusiya liderinə cavab verib.
Baydenin bəyanatı ilə kifayətlənməyən Ağ Ev Rusiyaya xüsusi xəbərdarlıq edərək, nüvə silahından istifadənin "fəlakətli nəticələrə" səbəb olacağıni bildirib.
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan canlı yayımda söyləyib: "Sərhədi aşsalar, bunun Rusiya üçün fəlakətli nəticələri olacaq. ABŞ bunun tam olaraq nə demək olduğunu Moskvaya özəl olaraq çatdırıb".
"FƏLAKƏTLİ NƏTİCƏLƏR" NƏDƏN İBARƏTDİR?
Qərb Rusiyanı BELƏ VURACAQ: Hədəflər açıqlandı, Rusiyanın "zəif nöqtə"si bəlli oldu

Musavat.com Britaniyanın "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, Rusiya nüvə silahından istifadə edərsə, Qərbin reaksiyası nüvə hücumundan tutmuş Rusiya iqtisadiyyatına qədər dəyişə bilər.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət Departamentinin direktoru Uilyam Alberkenin sözlərinə görə, Rusiyanın nüvə silahından istifadəsinə mütənasib cavab Krımda aviabaza və ya kəşfiyyat mərkəzini hədəfə almaqdır.
Alberkenin bildirib ki, Qərbin Rusiyaya cavab olaraq müəyyən edəcəyi hədəfin nüvə hücumu ilə əlaqəli radarlar, həmçinin kəşfiyyat və müşahidə sistemləri olacağı gözlənir. Bu hədəflər, çox güman ki, Belarusda və ya Ukraynanın Rusiyanın nəzarətində olan hissələrində deyil, Rusiyanın özündə olacaq.
ABŞ BU ÖLKƏLƏRDƏN DƏSTƏK İSTƏYƏCƏK
Qərb Rusiyanı BELƏ VURACAQ: Hədəflər açıqlandı, Rusiyanın "zəif nöqtə"si bəlli oldu

ABŞ-ın belə bir vəziyyətdə təkbaşına hərəkət etmək istəməyəcəyini irəli sürən Alberke Vaşinqtonun 2011-ci ildə Liviyaya edilən hücumlarda olduğu kimi, İngiltərə və Fransadan hərbi dəstək istəyəcəyini iddia edib.
Ehtiyatda olan general-mayor Rupert Cons "The Telegraph"a deyib ki, Putin Ukraynada nüvə silahından istifadəyə göstəriş verərsə, Qərbin müxtəlif cavabları ola bilər.
Məsələn, Rusiya donanmasına hücum və ya Hərbi Hava Qüvvələrinə qarşı məqsədyönlü əməliyyat ənənəvi cavablar sırasındadır.
Rupert Cons Rusiyanın zəif nöqtəsini də açıqlayıb.
"Əgər Qərbi Qrenlandiya-İslandiya-Birləşmiş Krallıq ərazisini Rusiya donanması üçün bağlasalar, problem yaşayacaqlar", - o bildirib.

Son xəbərlər

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31