Millət vəkili: “Türk dilli dövlətlərin rəhbərləri belə bəzi hallarda ərazi bütövlüyümüzlə bağlı qəti fikir deməkdə ehtiyatlanırlar”
“Hamıya bəllidir ki,uzun illər müəyyən səbəblərə görə, Özbəkistan türk dilli ölkələrin əməkdaşlıq sammitlərində iştirak etmirdi.Ancaq yeni prezident , cənab İlham Əliyevlə görüşündə səmimi, xeyirxah fikirləri ilə Azərbaycana olan münasibətini tam açıqlığı ilə ortaya qoydu. Adətən MDB dövlət başçıları, hətta türk dilli dövlətlərin rəhbərləri belə bəzi hallarda ərazi bütövlüyümüzlə bağlı qəti fikir deməkdə ehtiyatlanırlar.Bu baxımdan cənab Mirziyoyevin qətiyyətli mövqeyi, həm ikitərəfli münasibətlərə, həm də türkdilli ölkələrin inteqrasiyasına öz töhfəsini verəcəkdir”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev səsləndirib.

“Türkdilli dövlətlərin əməkdaşlıq şurasının 7 - ci zirvə toplantısında iştirak etmək üçün Bakı şəhərinə, Türkiyə cumhuriyyətinin prezidenti Rəcəb TayyibƏrdoğan, Macarıstanın baş naziri Viktor Orban, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov gəlmişlər.

Sammitlə bağlı diqqətimi çəkən bəzi məqamları qeyd etmək istərdim.

1.Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizə ərəfəsində qardaş ölkələrin bir araya gələrək dəstək vermələrinin əhəmiyyəti olduqca böyükdür.

2.Avropa parlamentində Türkiyənin əleyhinə qətnamənin qəbul olunmasına imkan verməyən Macarıstanın baş naziri Viktor Orbanın iştirakı, sammitin nüfuzunun artması deməkdir.

3. Xüsusi olaraq Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük bir nümayəndə heyəti ilə

birlikdə türk əməkdaşlıq şurasının işində iştirakını vurğulamaq istərdim.

Hamıya bəllidir ki,uzun illər müəyyən səbəblərə görə, Özbəkistan türk dilli ölkələrin əməkdaşlıq sammitlərində iştirak etmirdi.Ancaq yeni prezident , cənab İlham Əliyevlə görüşündə səmimi, xeyirxah fikirləri ilə Azərbaycana olan münasibətini tam açıqlığı ilə ortaya qoydu. Adətən MDB dövlət başçıları, hətta türk dilli dövlətlərin rəhbərləri belə bəzi hallarda ərazi bütövlüyümüzlə bağlı qəti fikir deməkdə ehtiyatlanırlar.Bu baxımdan cənab Mirziyoyevin qətiyyətli mövqeyi, həm ikitərəfli münasibətlərə, həm də türkdilli ölkələrin inteqrasiyasına öz töhfəsini verəcəkdir.

Respublika prezidenti İlham Əliyevin ,, Valday,, diskussiya klubunda və Aşqabad sammitindəki tarixi faktlara söykənən və qətiyyətlə ermənilərin iç üzünü açan çıxışı, düşünürəm ki, digər dövlət başçıları üçün də bir növ presedent yaratmışdır. Heç bir şübhə yoxdur ki, onlar İlham Əliyevin timsalında etibarlı, cəsarətli , güclü lider görürlər.

4.Qazaxıstan Lideri Nursultan Nazarbayevin türk əməkdaşlıq sammitinin fəxri sədri seçilməsi isə hər bir azərbaycanlının qəlbinin səsidir. O, əsl ağsaqqal kimi, bütün səviyyələrdə prinsipiallıq göstərərək Azərbaycanın mövqeyini dəstəkləmişdir. Baxmayaraq ki,Kollektiv müdafiə, gömrük, Avrasiya ittifaqında, düşmən Ermənistanla eyni təşkilatlardadırlar, zaman zaman erməni rəhbərlərini aşağılamaqdan belə çəkinməmişdir.

Dünyada gedən prosesləri təhlil etdikdə, belə bir qənaət əldə olunur ki, gələcəkdə türk dilli ölkələrin əməkdaşlığı daha da möhkəmlənəcək və bu əməkdalıqda ölkəmizin mövqeyi olduqca zəruridir və körpü yolunu oynayır. Perspektiv də Avropa Birliyi kimi güclü söz sahibinə çevrilə bilər”,- deyə o bildirib.

Son xəbərlər

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31