Reytinq – professionallıq, yoxsa qərəz?

Verilişlərin reytinq məsələsi böyük bəla olub, düşüb aparıcıların canına. Arada isə müəyyən tanınmış kəslərin, hətta tamaşaçıların canı yanır. O tanınmışlar ki, həyatları, özəlləri istəmədən gündəmə çıxarılır...

Hərə bir tok-şou xarakterli veriliş açıb, reytinq qırmağa çalışır. Azadlıq, azad söz, azad fikir anlamını əllərində rəhbər tutaraq, əksər aparıcılar verilişdə nə hoqqalar çıxardır. Təki, özləri və verilişləri haqda danışılsın. Biri insanları bir birinə söydürür, biri dalaşdırır, digəri heysiyyat üzərində şou yaradır. Son vaxtlar isə daha bir məqam verilişlərdə gündəm halını alıb – tanınmışların şəxsi həyatlarına dair qaranlıq, gizli, hətta aidiyyatı olmayan məqamları özülərindən xəbərsiz mövzuya çevirib, onlara qarşı ikrah hissi yaratmaq...

İlk baxışda anlayan tamaşaçılara aparıcıların yuxarıda qeyd etdiyimiz məqamları verilişlərinə daşımalararı təkcə reytinq xatirinə deyil, eləcə də qərəzli etdikləri aydın şəkildə bəlli olur. Təbii, aparıcılar bu fikirlə razı olmayacaqlar. Əlbəttə, kimi ifşa etsən, razılaşmaz. Hətta qabaqdangəlmişlik edib, adamı haqsız da çıxarmağa çalışar. Amma keçməz – verilişlərdə o cür həssas məqamlar üzərindən reytinq qazanmaq qərəzliklə birbaşa əlaqədardır. Əks təqdirdə aparıcı ona təqdim olunan efir saatını fürsətə çevirib, kiminsə heysiyyatı ilə oynamaz. Onların fikrincə bu cür halların efirə daşınılması tərbiyəvi xarakter daşıyır. Amma unudurlar ki, efirlərdə düzgün tərbiyə bu şəkildə - basqı, ictimai şəkildə müzakirə, qınaq və bu kimi yalnış yöntəmlərlə olmur. Bunun mütləq daha doğru yöntəmi vardır. Məsələn, kimisə ifşa etmədən, mövzunu ümumiləşdirərək, doğru insanları verilişə dəvət edərək, müzkirə apararaq – "qızım, sənə deyirəm, gəlinim, sən eşit" misalında olduğu kimi. Eləcə də sosial çarxlar hazırlayıb, daha dolğun şəkildə xalqın diqqətinə çatdıraraq. Bu üsul daha optimaldır və tətbiq edərkən, kimsənin qəlbi qırılmır, heysiyyatı ilə oynanılmır. Ancaq tok-şou tipli verilişlər aparan aparıcılar qeyd etdiyimiz üsulla məsləni həll etmək niyyətində deyillər. Onlar üçün ən asan yol konkret kimisə ifşa etməkdir – yenə də reytinq xatirinə və qərəzli şəkildə.

Adam düşünür, reytinq hər hansı bir insanın taleyi ilə oynamaqdan dahamı vacibdir? Nədir bunun vacibliyi? Yenə də, tərbiyə əhəmiyyətimi? Yox, deyil. Bu, açıq-aşkar qərəzli şəkildə reytinq əsiri olmaqdır. Qərəz isə professionallığa yad olan bir amildir və əksər aparıcının bunu fürsətə çevirməsi ikrah hissi yaradır (İndiki aparıcıların əksəriyyətinin professionallığı şübhə altındadır – A.N.). Axı tez-tez eşidirik ki, vətəndaşlar yerli kanallara baxmadıqlarını deyirlər. Səbəb olaraq isə onu örnək gətirirlər ki, telekanallarımızda yayımlanan verilişlər bərbad haldadır. Hələ aparıcılar haqda düşüncələri və dedikləri... Amma vətəndaşın fikrini nəzərə alan nə aparıcı var, nə də televiziya kanallarının rəhbərləri – təbii, hamısına şamil edilmir. Yenə də hər kəs öz şəxsi marağını güdür. Kimsənin heysiyyatı kiminsə vecinə deyil.

Kiminsə sirrini açmaq, qəlb qırmaq böyük günah sayılır. Bəlkə o dərəcədə "inkişaf" etmişik ki, indi bunu çox az adam düşünür. Çoxumuz eqoistləşmişik, özümüzdən başqa kimsəni düşünmək kimi insani xarakterdən uzaqlaşırıq. Düşünürük ki, hər şeyin ən yaxşısına fərd olaraq, biz layiqik. Başqası nə vecimizə - istər canı yansın, istər həyatı məhv olsun... Çox eqoistcə deyilmi? Dəyərmi hansısa inanın həyatını gərəksiz, keçici reytinqlərin qurbanı etməyə? Sovetlər dövründə televiziya kanallarında belə xaos yox idi. Verilişlərdə vacib olan reytinq yox, keyfiyyət idi. O keyfiyyət ki, həm aparıcılar yüksək intellektual bilgilərə malik idilər, həm təqdim etdikləri verilişlər savad, tərbiyə baxımından gərəkli və üstün idi. O vaxt kanallara. Verilişlərə, aparıcılaraın seçiminə ciddi və doğru nəzarət vardı. Hansısa aparıcının söz azadlığından istifadə edib, aparıcısı olduğu verilişi şəxsi maraqları üzərində qurması yolverilməz idi. İndi isə əksər telekanallarda vəziyyət dəyişib. Amma təəssüflər olsun ki, dəyişən vəziyyət inkişafa doğru yox, məhvə doğru yuvarlanır. Bu hal reytinq dalınca qaçan "aparıcıları" isə qətiyyən maraqlandırmır. Bu gedişlə də maraqlandırmayacaq.

Və həyatı çirkin şəkildə efirdə ictimaiyyətə təqdim olunub, müzakirə edilən, qınanılan, nifrət yaradılan tanınmışlardan biri zəif düşüb, bir gün intihar etsə... Belə bir hal baş versə, əmin olun, reytinq xatirinə vicdanını çoxdan dəfn edən heç bir aparıcı əsl insani reaksiya göstərməyəcək. Göstərəcəyi reaksiya isə yenə də efir, reytinq xatirinə şoudan ibarət olacaq. Sadəcə təəssüf!

Son xəbərlər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31