Milli mətbuatda Heydər Əliyev ənənələri - Cəmil ZƏBHULLAOĞLU
Azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir və Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ideyaların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının gerçəkləşməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Milli mətbuatımızın tarixi bir neçə mərhələyə bölünür.
İlk mərhələ Azərbaycanda mətbuatın yaranma dövrü, yəni 1829-1872-ci illəri əhatə edir. Həmin dövrdə bir neçə rusdilli qəzet nəşr olunurdu. Bu baxımdan həmin dövrü Azərbaycan mətbuatının ilkin çağı adlandırmaq olar. İkinci mərhələ milli mətbuatın yarandığı, yəni 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başlaması dövrüdür. Üçüncü mərhələ isə Azərbaycan demokratik mətbuatıdır.
Milli mətbuatda Heydər Əliyev ənənələri - Cəmil ZƏBHULLAOĞLU

1900-cü illərin əvvəllərində mətbuat sistemində demokratik dəyərlərə yiyələnmək, Azərbaycan cəmiyyətinin savadlanması, maariflənməsi üçün göstərilən cəhdlər daha qabarıq idi. “Molla Nəsrəddin” ədəbi məktəbinin təməli də elə bu mərhələdə qoyulub. 1906-cı il aprelin 7-də nəşrinə başlanılan bu məcmuə milli jurnalistikada, eləcə də ictimai fikirdə ən böyük ədəbi hadisədir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə təsadüf edən mətbuatımızın formalaşmasının, inkişafının dördüncü mərhələsi demokratik, bir qədər də inqilabi mətbuat orqanları yaradılması ilə əlamətdardır. Əgər “Molla Nəsrəddin” demokratik cərəyanın məhsulu idisə, 1915-ci ildən nəşrinə başlanılan “Açıq söz” qəzeti inqilabi ideyaları, Azərbaycanın istiqlaliyyəti problemlərini gündəmə gətirdi. Bu mərhələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha da yetkinləşdi. Təsadüfi deyil ki, əksər ölkələrdən fərqli olaraq, həmin dövrdə Azərbaycanda mətbuat haqqında Nizamnamə yarandı. Parlamentin qəbul etdiyi bu Nizamnamə mətbuatımızın ən şərəfli səhifələrindən biridir. Rusiyanın media mənsubları bu gün də təəssüf hissi ilə qeyd edirlər ki, azad mətbuat haqqında nizamnamə Azərbaycanda 1918-ci ildə qəbul edildiyi halda, nə çar Rusiyasında, nə də sovet dönəmində mətbuat haqqında belə mükəmməl və azad qanun mexanizmi işlənməyib. Onlarda 1991-ci ilə qədər yalnız senzuralı mətbuat mövcud olub. Lakin Azərbaycan mətbuatının bu şərəfli dövrü uzun çəkmədi. Bolşevik işğalından sonra respublikada sovet jurnalistikası, kommunist mətbuatı tətbiq olundu. Beşinci mərhələ adlanan bu dövrdə azad və müstəqil mətbuat anlayışı mövcud olmasa da, Azərbaycan jurnalistikasının bir çox görkəmli simaları həmin o illərdə formalaşıb. Həmin dövrün bir çox çatışmazlıqları ilə yanaşı, Azərbaycanın mətbuat tarixində bu mərhələnin böyük rolu var.
Milli mətbuatda Heydər Əliyev ənənələri - Cəmil ZƏBHULLAOĞLU

1988-ci ilin sonlarından etibarən isə müstəqil Azərbaycan mətbuatı yarandı və şərti olaraq bu dövrü altıncı mərhələ adlandıra bilərik. Lakin 1988-1993-cü illərdə mövcud olan mətbuatı da sözün əsl mənasında azad hesab etmək olmaz. Azərbaycan mətbuatı həqiqətən öz müstəqilliyinə yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə nail oldu. Azad mətbuatın inkişafına əngəl yaradan süni maneələrin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir çox fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə-bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır.
Milli mətbuatda Heydər Əliyev ənənələri - Cəmil ZƏBHULLAOĞLU

Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. Ulu öndər mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, KİV nümayəndələri ilə görüşür, onlarla canlı dialoq keçirirdi. Fərəhli haldır ki, indi bu ənənələr ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda fürsətdən istifadə edib bütün həmkarlarımı Milli Mətbuatımızın 147-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Cəmil ZƏBHULLAOĞLU
Bir çox media mükafatları laureatı,
AJB-nin üzvü

Son xəbərlər

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31