“Şabran rayonu, Ağalıq kəndi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb”.

Bu barədə FHN-in yaydığı məlumatda bildirilir.


Məlumata görə, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 40 hektar sahədə biçilmiş əkin sahəsi və 15 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Digər biçilmiş, habelə biçilməmiş əkin sahələri, sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları və yerli kənd sakinləri iştirak edib.

***

23:59

Fövqəladə Hallar Nazirliyi (FHN) Şabranda əkin sahəsində baş verən yanğınla bağlı məlumata yayıb.

FHN-dən verilən xəbərə görə, bu gün nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb edilib.

Havanın isti və küləkli olması səbəbindən yanğın qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçib. Bununla belə, yanğınsöndürmə qüvvələrinin effektiv tətbiqi sayəsində hazırda yanğını bir neçə istiqamətdə nəzarətə götürmək mümkün olub ki, bununla da ərazidə yerləşən ictimai iaşə obyektləri və yaxınlıqdakı kənd üçün yaranmış təhlükə aradan qaldırılıb. Həmçinin, ətraf kəndlərin elektrik enerjisi ilə təchizatında hər hansı problem olmayıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları iştirak edir.

Əlavə məlumat veriləcək.

23:13

Şabran rayonu, Ağalıq kəndi ərazisində əkin sahəsində başlayan yanğın sonradan havanın küləkli olması səbəbindən meşə fondu torpağına keçib.

Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, hadisə yerində olan Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hazırda nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür:

"Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir",- deyə bildirilib.

20:46

Şabranda əkin sahəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Son xəbərlər

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31