Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Turaztv.az xəbər verir: Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci, 81-ci və 82-ci maddələrinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının, mütəxəssislər Mərkəzi Bankın, Əmanətlərin Sığortalanması Fondunun, Ali Məhkəmənin Mülki Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Azərbaycan Banklar Assosiasiyasının mülahizələrini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi baxımından fiziki və ya hüquqi şəxslər tərəfindən ləğv prosesində olan kommersiya bankına kredit borcu ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənildiyi təqdirdə, həmin şəxslərin əmlakı üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququna xitam verilməsi və əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı gözləntiləri əsaslı hesab edilməlidir.

Bu gözləntilərin reallaşdırılmasının təmin edilməsi üçün Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən zəruri tədbirlər qısa müddətdə həyata keçirilsin.

Fiziki və ya hüquqi şəxslər kommersiya bankına olan kredit borcunu bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödədiyi təqdirdə, həmin vəsaitlər Fondun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsində nəzərdə tutulan vəzifələrinin yerinə yetirilməsi üçün istifadə olunmalı, ipoteka hüququna xitam verilməsi isə Azərbaycan Respublikası Mərkəzi Bankının funksionallığına xələl gətirməməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Son xəbərlər

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31