Hitlerin sevimlisi olan azərbaycanlı - Foto


Bu foto ikinci dünya müharibəsi illərində çəkilib. Alman dövlətinin başçısı Hitler, yanında oturan isə Azərbaycanda anadan olan, Hitler kinosunun “1 nömrəli kino ulduzu” sayılan Olqa Konstantinova Çexovadır.

Kult.az Olqa Çexova haqda dosent Zaur Əliyevin araşdırmasını təqdim edir:

O.Çexova 1897-ci ilin 13 aprelində, Qərbi Azərbaycanda, Gümrü ərazisində dünyaya göz açıb. Sonra Gümrüdən Bakıya köçüb, bir müddət burda yaşayıb, 16 yaşında Petroqrad, sonra Moskvaya gedib, burda teatr təhsili alaraq Almaniyaya yollanıb.

Almaniyada oynadığı “Foqled qəsri” filmindəki roluna görə Hitlerin bəyəndiyi aktrisası olmuşdur. Heç bir dəstəyi olmayan, alman dilini mükəmməl bilməyən gözəl və ağıllı rus əvvəlcə alman kinosunun ulduzlarından birinə, sonra isə Üçüncü Reyxin “dövlət aktrisası”na çevrilir.

Olqa Çexovanı Hitlerin özü də çox sevir, ona diqqət və qayğı göstərirdi. Adolf Hitler Olqa Çexovanı şəxsən bütün dövlət ziyafətlərinə, qeyri-rəsmi tədbirlərə dəvət edir, onunla yanaşı əyləşirdi.

Yalnız İkinci Dünya müharibəsindən sonra məlum oldu ki, Qərbi Azərbaycanda dünyaya gəlmiş Olqa Çexova sovet kəşfiyyatının agenti imiş. Alman kəşfiyyatı müharibənin son günlərində Olqa Çexovanın Stalinin Hitlerin yanındakı agenti olmasından xəbər tutur. Qadının sürücüsü almanlar tərəfindən həbs edilmişdi. Olqa özü isə gecə ikən Berlindən qaçmağı bacarmışdı.

O, 1945-ci ilin 27 aprelində təyyarə ilə Moskvaya gətirilir. İki ay sonra isə Berlinə göndərilir – Şərqi Berlinə, Sovetlərin nəzarətində olan hissəyə. Lakin Olqa sonunda Sovetlərlə əlaqəni kəsib, onların əlindən qaçmağı bacarır. 1949-cu ildə Bavariyaya, Münhen şəhərinə köçür və “Olga Tschechowa Kosmetik” adlı kosmetika şirkəti qurur. Eyni zamanda aktyorluğa davam edir və 20-dən çox filmdə köməkçi rollar oynayır.

Son xəbərlər

Yeni “Ceyms Bond” kim olacaq?

Etibarın siması

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir

Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31