“Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur
Bu münasibətlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi operanın təqdimatı olunub



Bu gün dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında operanın növbəti təqdimatı olub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yubiley tamaşasında Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, eləcə də media nümayəndələri iştirak ediblər.

Yubiley tamaşasında Koroğlu partiyasını Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, istedadlı vokal ustası Ramil Qasımov ifa edib.

Tamaşada Xalq artistləri Əli Əskərov, Əkrəm Poladov, Fidan Hacıyeva, Əməkdar artistlər İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasıyev və başqaları çıxış ediblər.

Opera tamaşasını Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edib.

Qeyd edək ki, "Koroğlu" Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri, ən yüksək zirvəsidir. Bu əsər milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olub yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur.
“Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur
“Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur
“Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur
“Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur
“Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur
“Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur
“Koroğlu” operasının ilk tamaşasının 85 illiyi tamam olur

Son xəbərlər

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Gəncədə domino oynayarkən başlayan dava ölümlə bitdi

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31